China Visitor Summit / CVS Baku 2025
AvropaAzərbaycan
Azərbaycan
Azərbaycan Turizm Bürosu China i2i Group şirkəti ilə birlikdə "China Visitor Summit (CVS) Baku 2025" çərçivəsində B2B görüşləri və tanışlıq turu təşkil edəcək.
2008-ci ildə i2i Group tərəfindən yaradılmış CVS tədbiri Çindən olan aparıcı turizm agentliklərini beynəlxalq səyahət təchizatçıları ilə əlaqələndirmək məqsədilə təşkil edilmişdir.
CVS tədbirinin Azərbaycanda keçirilməsi Çin bazarında destinasiya haqqında məlumatlılığı artırmaq, iki ölkənin tərəfləri arasında əməkdaşlığı gücləndirmək və Çindən gələn istirahət və işgüzar səyahətçilərin sayını artırmaq məqsədi daşıyır.
CVS Baku tarixləri: 16.11.2025-21.11.2025
B2B görüşləri 17 noyabr 2025-ci il tarixində Baku Marriott Hotel Boulevard hotelində keçiriləcək. Görüşlər çərçivəsində Çindən gələn 50 tur operatoru yerli turizm sənayesinin nümayəndələri (hotellər, turizm şirkətləri, MICE agentlikləri) ilə bir araya gələcək.
Əlavə məlumat və tədbirin cədvəli ilə tanış olmaq üçün rəsmi CVS saytına daxil olun:
https://cvs.i2i-china.com/cvs-2025-baku/
Qeydiyyat linki: