Fars Körfəzi Ölkələrində yol şousu
Orta ŞərqKüveyt, Muskat, Əbu-Dabi, Dubay, Doha
Küveyt, Muskat, Əbu-Dabi, Dubay, Doha
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının nümayişi məqsədilə Fars Körfəzi ölkələrinin aşağıdakı şəhərlərində yol şouları keçiriləcək:
9 Noyabr 2025 – Doha, Qatar
10 Noyabr 2025 – Küveyt
11 Noyabr 2025 – Muskat, Oman
12 Noyabr 2025 – Əbu-Dabi, BƏƏ
13 Noyabr 2025 – Dubay, BƏƏ
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Fars Körfəzi Ölkələrinin turizm tərəfdaşlarına təqdim edilməsi
Azərbaycan ilə Fars Körfəzi Ölkələrinin turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Ətraflı məlumat üçün:
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: 7 Oktyabr, 2025