press
relizlər
Azərbaycan Turizm Bürosu (ATB) 9 noyabr 2026-cı il tarixində Cənubi Koreyanın Seul şəhərində işgüzar formatlı görüş keçirib. Tədbirdə Cənubi Koreyanın turizm sənayesinin 39 nümayəndəsi və Azərbaycanın dörd turizm şirkəti iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanın turizm imkanlarını təqdim etmək və Cənubi Koreyanın turizm nümayəndələri ilə işgüzar əlaqələri gücləndirmək olub.
ətraflı2025-ci ildə çəkiliş məkanlarının seçilməsi ilə başlayan əməkdaşlıq Azərbaycanın zəngin turizm potensialının, mədəni irsinin və müxtəlif bölgələrinin yaponiyalı auditoriyaya tanıdılmasına yönəlmiş davamlı tərəfdaşlığa çevrilib. Yaponiyanın “VIVANT” serialının ikinci mövsümünün istehsalı ilə bağlı “Tokyo Broadcasting System Television”la (TBS) əməkdaşlıq çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) televiziya layihəsinin ölkəmizin turizm potensialının tanıdılması üçün yaratdığı imkanlardan istifadə edir.
ətraflıAzərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya, Belarus, Qazaxıstan və Özbəkistandan olan 30-dan çox turizm şirkəti nümayəndəsinin iştirakı ilə Azərbaycana sağlamlıq turizmi üzrə tanışlıq səfəri təşkil olunub.
ətraflıNoyabrın 11-də Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Yaponiyanın paytaxtı Tokioda B2B formatlı tədbir keçirilib.
ətraflıNoyabrın 6-da Şanxay şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə “China Eastern Airlines” şirkətinin sədri Wang Zhiqing arasında görüş keçirilib.
ətraflıAzərbaycan Turizm Bürosu 3-5 noyabr tarixlərində Pekində keçirilən "China International MICE Exchange" (“CIMX 2026”) sərgisində iştirak edir. Sərgidə ölkəmiz “Azərbaycan Hava Yolları”, "Absheron Hotel Group" və turizm şirkətləri ilə birlikdə təmsil olunur.
ətraflı