Media üçün
təlimatlar
Media nümayəndələri və blogerlər üçün təlimat: Azərbaycanda media akkreditasiyası və çəkiliş qaydaları
Azərbaycan Turizm Bürosunun İctimaiyyətlə əlaqələr komandası, ölkəmizdə media nümayəndələri və blogerlərin fəaliyyətini asanlaşdırmaq məqsədilə aşağıdakı təlimatları hazırlamışdır. Bu təlimatlarda media akkreditasiyası və dron istifadəsi ilə bağlı mövcud qaydalar haqqında ətraflı məlumat təqdim olunur. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən uyğunluğunuzu təmin etmək üçün aşağıdakı məlumatları diqqətlə tanış olmağınızı xahiş edirik:
Media akkreditasiyası tələbləri
Azərbaycanda jurnalist fəaliyyəti göstərmək istəyən bütün xarici media nümayəndələri üçün media akkreditasiyası məcburidir. Azərbaycan Turizm Bürosu yalnız etibarlı akkreditasiyaya malik şəxslərə dəstək göstərməyə hazırdır
Əsas tələblər:
Müraciət müddəti: Bütün müraciətlər səfərdən ən azı 20 gün əvvəl təqdim edilməlidir.
Təqdimat üsulları: Müraciətlər aşağıdakı formada təqdim edilə bilər.
Elektron akkreditasiya (e-akkreditasiya) sistemi vasitəsilə
Poçt vasitəsilə
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə
Şəxsən təqdim edilməklə
Tələb olunan sənədlər:
Media qurumunun rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış rəsmi məktub
Tam doldurulmuş müraciət forması (rəqəmsal şəkildə doldurula bilər)
İki ədəd 3x4 sm ölçülü rəngli fotoşəkil (foto tələblərə uyğun olmalıdır)
Sərhədi keçməyə icazə verən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) surəti
Xidmət vəsiqəsinin (press-kartın) surəti
Tərcümeyi-hal (CV)
Emal müddəti: Xarici İşlər Nazirliyi, tam sənəd toplusunu aldıqdan sonra müraciətləri 30 gün ərzində emal edir.
Əlaqə məlumatı: Media akkreditasiyası ilə bağlı suallar üçün [email protected] elektron ünvanı üzrə müraciət etmək mümkündür.
Ətraflı məlumat və müraciət üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
Akkreditasiya təsdiqləndikdən sonra, akkreditasiya kartları Xarici İşlər Nazirliyindən şəxsən götürülməlidir.
Dron istifadəsi qaydaları
Azərbaycanda dron istifadəsi ciddi şəkildə tənzimlənir. İstər akkreditə olunmuş media nümayəndəsi, istərsə də fərdi şəxs olmağınızdan asılı olmayaraq, aşağıdakı qaydalar tətbiq olunur:
1. Azərbaycan təşkilatlarının dəstəyi olmadan dron gətirmək istəyən şəxslər üçün:
Əgər yerli təşkilatların və ya dövlət qurumlarının dəstəyi olmadan dron gətirmək istəyirsinizsə, aşağıdakı tələblər tətbiq olunur:
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN) sahib olmalısınız.
Müvafiq icazə müddəti üçün etibarlı yaşayış icazəniz olmalıdır.
Dron icazələri üçün Dövlət Mülki Aviasiya Agentliyinin e-xidmətlər platforması vasitəsilə müraciət edə bilərsiniz. Bunun üçün planlaşdırdığınız dron istifadəsi haqqında ətraflı məlumat təqdim etməyiniz xahiş olunur.
2. Azərbaycan təşkilatlarının dəstəyi ilə gələn media nümayəndələri və ya şəxslər üçün:
Əgər Azərbaycan təşkilatlarının, dövlət qurumlarının və ya media orqanlarının dəstəyi ilə gəlirsinizsə:
İlk növbədə media akkreditasiyası əldə etməlisiniz (ətraflı məlumat üçün yuxarıdakı bölməni nəzərdən keçirin).
Akkreditasiyanı sonra Dövlət Mülki Aviasiya Agentliyinin e-xidmətlər platforması vasitəsilə dron icazəsi üçün müraciət etməlisiniz.
Müraciətiniz Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən qiymətləndiriləcək və zəruri hallarda digər aidiyyəti dövlət qurumları ilə əlaqələndiriləcək. Bu proses 1–2 ay çəkə bilər.
Müraciət müddəti:
Dron icazəsi müraciətləri səfərdən ən azı 2 ay əvvəl təqdim edilməlidir.
Təqdimat proseduru:
Dövlət Mülki Aviasiya Agentliyinin e-xidmətlər platforması vasitəsilə müraciət edin.
Planlaşdırdığınız dron istifadəsi haqqında ətraflı məlumat qeyd edin.
Əlavə çəkiliş icazələri
Çəkiliş planlaşdırdığınız yerlərdən asılı olaraq, digər müvafiq dövlət qurumlarından və məkanın idarəsini təşkil edən təşkilatlarda ayrıca icazələr tələb oluna bilər. Gecikmələrin qarşısını almaq üçün bu icazələri öncədən almanız tövsiyə olunur.
Əlavə məlumat üçün Azərbaycan Turizm Bürosunun İctimaiyyətlə əlaqələr komandası ilə əlaqə saxlayın: [email protected]