Azərbaycanın
turizm strategiyası
Azərbaycanın 2023-2026-cı illəri əhatə edən turizm strategiyası növbəti dörd il ərzində ölkənin turizm sektorunun inkişaf istiqamətlərini ehtiva edir. Burada infrastruktur layihələrindən qanunvericiliyə, turizm məhsullarının hazırlanmasından marketinq və təbliğat məsələlərinə qədər turizm sahəsinin bütün məqamlarını əhatə edən 9 sütun təqdim edilir.
Bu strategiya Azərbaycanın işgüzar tədbirlər üçün aparıcı məkana çevrilməsini, infrastrukturun inkişafını və beynəlxalq səviyyədə məqsədyönlü təbliğat istiqamətlərini özündə cəmləyir.
Marketinq strategiyamız Azərbaycanın əsas və inkişaf edən bazarlardakı mövqeyini innovativ onlayn, oflayn və ictimaiyyətlə əlaqələr təşəbbüsləri vasitəsilə gücləndirir. Hər bir fəaliyyət auditoriya ilə effektiv ünsiyyət qurmaq, brend tanınmasını artırmaq və ölçülə bilən nəticələr əldə etmək üçün hədəflərə əsaslanır.
Azərbaycanın 2023-2026-cı illəri əhatə edən turizm strategiyası növbəti dörd il ərzində ölkənin turizm sektorunun inkişaf istiqamətlərini ehtiva edir.
ATB-nin illik icmalında 2019-cu ildə həyata keçirilmiş bütün əsas layihələrə dair ətraflı məlumat təqdim olunur.