Yerləşmə Vasitələrinin Sertifikatlaşdırılması Orqanı – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Azərbaycan Turizm Bürosu PHŞ-nin nəzdində AZS ISO/IEC 17065:2021 standartının tələblərinə uyğun olaraq “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən akkreditasiya edilmiş sertifikatlaşdırma orqanıdır. Orqanın fəaliyyəti ölkə daxilində yerləşmə və qonaqlama xidməti təklif edən yerləşmə vasitələrinin bu sahədə müəyyən edilmiş standart və tələblərə uyğun fəaliyyətinin təmin edilməsinə yönəlmişdir.
Ulduz kateqoriyaları üzrə sertifikatlaşdırma ilə bağlı müraciət etmək üçün ilkin mərhələ olaraq aşağıdakı keçidə daxil olaraq formanı doldurun. Əlavə məlumat üçün [email protected] email ünvanına sualınızın qısa təsvirini əhatə edən müraciət ünvanlaya və ya +994 12 505 87 04 (dax: 1932, 1378) nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21-ci bəndinə əsasən bir yerləşmə vasitəsi mehmanxana kimi fəaliyyət göstərə bilməsi üçün aşağıda qeyd edilən şərtləri qarşılamalıdır:
Qeyd: mehmanxana, binası və ya ərazisi daxilində qidalanma xidməti təklif edən restoranlarla qarşılıqlı əməkdaşlıq müqaviləsinin olması şərti ilə mehmanxana (hotel) xidməti göstərə bilər.
Yerləşmə Vasitələrinin Sertifikatlaşdırılması Orqanının
e-mail ünvanı: [email protected]
Sertifikatlaşdırma sektorunun əlaqə nömrəsi – +994 12 505 8704 (ext. 1932; 1378)