bizim
nəşrlər
Azərbaycan Turizm Bürosu turistlərə ölkəmizin turizm imkanlarını təqdim etmək məqsədilə geniş çeşiddə ixtisaslaşmış və ümumi broşürlər, bukletlər, xəritələr və digər materiallar dərc edir. Nəşrlər bir sıra dillərdə mövcuddur.
Nəşrlərə onlayn baxmaq və yaxud onları yükləmək üçün, zəhmət olmasa, dili seçin və formanı doldurun.
Azərbaycanda onlarla köçəri və daimi məskunlaşmış quşlara rast gəlmək olar. Ölkəmizdəki ornitoloji turizm imkanları haqda broşürdən ətraflı məlumat ala bilərsiniz.
Azərbaycanın şimal-qərb rayonları təbiəti, mədəniyyəti və qonaqpərvər insaları ilə turistlərin diqqətini daim cəlb edir. Bu broşürdə regionla bağlı turistləri maraqlandıran məqamlar yer alıb.
Azərbaycan qədim şərabçılıq mərkəzidir. Hətta araşdırılmışdır ki, dünyada ilk dəfə şərab Naxçıvan ərazisində hazırlanıb. Ölkəmizin təbiəti üzümçülük üçün uyğundur. Bu isə şərabçılıq turizmi üçün əhəmiyyətlidir.
Azərbaycan misilsiz təbiətə, unikal mədəniyyətə və əsrlərə dayanan zəngin adət-ənənələrə və mətbəxə malik bir ölkədir; özünün qonaqpərvər və mehriban Qafqaz ənənələrini qoruyub saxlamaqla, ən incə zövqlü qonaqların belə yüksək gözləntilərini qarşılayacaqdır. Burada Şərqin gözəl rəng çalarları Qərbin tərəqqisi ilə möhtəşəm şəkildə uyğunlaşır.
Azərbaycanın təbii ehtiyatları və mülayim iqlimindən ilhamlanaraq hazırlanmış sağlamlıq və rekreasiya turizmi məhsullarından faydalanmaq istəyənlər bu broşürlə tanış ola bilərlər.
Azərbaycan böyük və dəbdəbəli toylar keçirmək üçün bütün lazımi infrastruktura malikdir. Burada toydan əvvəl və sonra da etmək üçün maraqlı əyləncələr mövcuddur.