azerbaijan.travel
tərəfdaş inteqrasiya proqramı
Azərbaycan Turizm Bürosu tərəfindən “Azerbaijan.travel” platformasında rezervasiya edilə bilən turizm məhsullarının və rəqəmsal turizm xidmətlərinin inkişafının dəstəklənməsi məqsədilə “Azerbaijan.travel Tərəfdaş İnteqrasiya Proqramı”nın həyata keçirilməsi planlaşdırılır.
Proqram çərçivəsində turistlərə birbaşa satış (B2C) həyata keçirən turoperatorların, yerləşmə müəssisələrinin və müxtəlif turizm xidmətləri təklif edən subyektlərin onlayn bronlaşdırma sistemlərinin “Azerbaijan.travel” platformasına inteqrasiyası nəzərdə tutulur.
Proqramın üstünlükləri
Proqramın əsas məqsədi rəqəmsal xidmətlər təklif edən turizm sənayesi subyektlərinin “Azerbaijan.travel” platformasında təmsil olunmasını təmin etmək və Azərbaycan Turizm Bürosunun beynəlxalq kommunikasiya fəaliyyətləri vasitəsilə tanıdılmasına dəstək verməkdir.
Proqrama qoşulan tərəfdaşlar üçün əsas üstünlüklər aşağıdakılardır:
- “Azerbaijan.travel” platforması vasitəsilə beynəlxalq bazarlar üzrə tanıtım
- Rəqəmsal satış kanallarının genişləndirilməsi
- Platforma vasitəsilə daha geniş auditoriyaya çıxış imkanı
Müraciət prosesi
Onlayn rezervasiya sisteminə malik olan turizm sənayesi müəssisələri (turopertaorlar, yerləşmə vasitələri, müxtəlif turizm xidmətləri təklif edən subyektlər və s.) qeyd olunan onlayn ərizə formasını dolduraraq proqrama müraciət edə bilərlər. Müraciətlər müəyyən edilmiş uyğunluq meyarlarına əsasən nəzərdən keçirilir və zərurət olduqda qısa tanışlıq görüşü təşkil edilir. Yekun təsdiqdən sonra “Azerbaijan.travel” platformasına texniki inteqrasiya həyata keçirilir və müvafiq onlayn sistemlər həm də “Azerbaijan.travel” platformasında aktivləşdirilir.
Tərəfdaşların öhdəlikləri
Prosesdə tərəfdaşların əsas öhdəlikləri aşağıdakılardır:
- “Azerbaijan.travel” platformasına inteqrasiya olunacaq onlayn rezervasiya sistemlərinin məzmun, mövcudluq və qiymətlərlə bağlı məlumatlarını mütəmadi qaydada yeniləmək
- şərtləri və ləğvetmə qaydaları haqqında aydın və dolğun məlumat təqdim etmək
- müştəri müraciətlərini peşəkar şəkildə idarə etmək
- məlumatların qorunmasını təmin etmək
Seçim meyarları haqqında əlavə məlumat üçün: [email protected]