2025-ci ilin 23-29 noyabr ayında Azərbaycan Turizm Bürosu tərəfindən Pakistanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycana tanışlıq turu təşkil ediləcəkdir. Program çərçivəsində, Azərbaycanın yerli turizm sənayesinin nümayəndələri ilə tanışlıq turunun iştirakçıları arasında B2B formatında görüşlərin keçirilməsi planlaşdırılır.
B2B görüşlərin tarixi: 28 noyabr 2025
Qeydiyyat üçün son tarix: 14 noyabr 2025
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin programı və məkanı ilə bağlı e-mail göndəriləcək.