Səudiyyə Ərəbistanda yol şousu
Orta ŞərqƏr-Riyad, Xobar ,Ciddə
Ər-Riyad, Xobar ,Ciddə
Azərbaycan Turizm Bürosu, Azərbaycanın turizm potensialını tanıtmaq məqsədilə aşağıdakı şəhərlərdə yol şousu təşkil edəcək:
24 Noyabr 2025 – Ər-Riyad
25 Noyabr 2025 – Xobar
26 Noyabr 2025 – Ciddə
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Səudiyyə Ərəbistanının turizm tərəfdaşlarına təqdim edilməsi
Azərbaycan ilə Səudiyyə Ərəbistanının turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Ətraflı məlumat üçün:
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: 15 Oktyabr, 2025