01-05 dekabr 2025-ci ilin tarixlərində Azərbaycan Turizm Bürosu tərəfindən Türkiyənin aparıcı turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycana tanışlıq turu təşkil ediləcəkdir. FAM Trip-ə on istirahət və on işgüzar səyahət şirkəti daxil olacaq. Program çərçivəsində, Azərbaycanın yerli turizm sənayesinin nümayəndələri ilə tanışlıq turunun iştirakçıları arasında B2B formatında görüşlərin keçirilməsi planlaşdırılır.
Azərbaycanın yerli turizm sənayesi nümayəndələrini qeydiyyatdan keçərək B2B görüşlərdə iştirak etməyə və yeni biznes tərəfdaşlıqları qurmağa dəvət edirik.
B2B görüşlərin tarixi: 04 dekabr 2025-ci il
Qeydiyyat üçün son tarix: 27 noyabr 2025-ci il
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin programı və məkanı ilə bağlı e-mail göndəriləcək.