Mərkəzi və Cənubi Avropada yol şousu
AvropaAlmaniya, Avstriya, İsveçrə, Çexiya, Macarıstan, İspaniya
Almaniya, Avstriya, İsveçrə, Çexiya, Macarıstan, İspaniya
Azərbaycan Turizm Bürosunun və Özbəkistanın Milli PR mərkəzinin təşkilatçılığı ilə Azərbaycan və Özbəkistanın İpək Yolu irsinin təbliği məqsədilə Avropanın aşağıdakı şəhərlərində yol şousu keçiriləcəkdir:
Almaniya: Frankfurt
Avstriya: Vyana
İsveçrə: Zürih
Çexiya: Praqa
Macarıstan: Budapeşt
İspaniya: Barselona
Tədbirlərin məqsədləri:
· Azərbaycan ilə Özbəkistanın birgə turizm təşəbbüsü olan “İpək Yolu” turlarının təbliğ edilməsi
· Azərbaycanın və Özbəkistanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Almaniya, Avstriya, İsveçrə, Çexiya, Macarıstan və İspaniyanın turizm tərəfdaşlarına təqdim edilməsi
· Azərbaycan və Özbəkistan ilə Almaniya, Avstriya, İsveçrə, Çexiya, Macarıstan və İspaniyanın turizm sahəsində fəaliyyət göstərən şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi
Yol şousu 13–24 oktyabr 2025-ci il tarixlərində həyata keçiriləcəkdir.
Ətraflı məlumat üçün: [email protected]