LTM Autumn Kazakhstan
AvropaQazaxstan
Qazaxstan
Məmnuniyyətlə bildiririk ki, LTM Autumn Kazakhstan 2025 (MDB regionu) çərçivəsində keçiriləcək tədbirdə iştirak üçün qeydiyyat artıq açıqdır.
Tədbirin tarixləri:
17 sentyabr 2025 – Astana
19 sentyabr 2025 – Almatı
Lüks səyahət seqmentinə aid mühüm tədbirlərdən olan LTM (Luxury Travel Mart) MDB bazarlarında yeni əlaqələrin qurulması və mövcud olanların gücləndirilməsini hədəfləyən, həmçinin lüks məhsullar təklif edən şirkətlər üçün B2B formatında təşkil olunmaqdadır. LTM iştirakçılarının siyahısını beşulduzlu hotellər, elit avtomobil şirkətləri, kruiz və yaxt çarterləri, şəxsi təyyarə çarterləri, Destinasiya Menecmenti Təşkilatları və lüks operatorlar təşkil edir. Potensial sifarişçilər isə əsasən Rusiya və digər MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətləridir.
B2B tədbiri əvvəlcədən planlaşdırılmış görüşləri özündə birləşdirir. Cədvəl tədbir iştirakçıları tərəfindən xüsusi tətbiq və ya veb-sistem vasitəsilə öncədən tərtib edilir.
Qeydiyyat üçün keçid: https://www.luxurytravelmart.com/
Ətraflı məlumat üçün: