Çində yol şousu
Uzaq ŞərqPekin, Şanxay, Quancou
Pekin, Şanxay, Quancou
Azərbaycan Turizm Bürosu, Azərbaycanın turizm potensialını tanıtmaq məqsədilə aşağıdakı şəhərlərdə yol şousu təşkil edəcək:
15 Sentyabr 2025 – Pekin, Çin
17 Sentyabr 2025 – Şanxay, Çin
19 Sentyabr 2025 – Quancou, Çin
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm imkanlarının təqdim edilməsi
Azərbaycanın aparıcı turizm şirkətlərinin Pekin, Şanxay və Quancou şəhərlərinin turizm sənayesi tərəfdaşlarına tanıdılması
Azərbaycan və Pekin, Şanxay, Quancou şəhərlərinin turizm şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi
Ətraflı məlumat üçün:
İştirak haqqı: Elan ediləcək
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: Elan ediləcək