Mərkəzi Avropada yol şousu
AvropaAlmaniya, Avstriya, İsveçrə
Almaniya, Avstriya, İsveçrə
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının nümayişi üçün Mərkəzi Avropanın aşağıdakı şəhərlərində yol şouları keçiriləcək.:
Almaniya: Frankfurt
Avstriya: Vyana
İsveçrə: Zürih
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Almaniya, Avstriya və İsveçrə turizm tərəfdaşlarına təqdim edilməsi
Azərbaycan ilə Almaniya, Avstriya və İsveçrə turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Tədbir 13–17 oktyabr 2025-ci il tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat üçün:
İştirak haqqı: Elan ediləcək
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: Elan ediləcək