statistik məlumatlar
və araşdırmalar
Statistik məlumatlar və araşdırmalar Azərbaycanda turizm siyasətinin, turizm sənayesinin inkişafının və marketinqin əsasını təşkil edir.
Dəqiq statistik məlumatlar bazarın inkişafını, əmək bazarının tendensiyalarını və sənayenin məhsuldarlığını anlamaq, eləcə də dəyişən müştəri seçimləri və demoqrafiyanın təsirlərini təxmin etmək baxımından böyük əhəmiyyət daşıyır. Gələn turistlərin sayı, xərclər və səfərlərin məqsədləri barədə müvafiq və etibarlı məlumatların əks olunduğu aylıq hesabatlar burada dərc edilir.
Əsas bazar tədqiqatları və sənaye hesabatları barəsində əlavə sənədləri yükləmək mümkündür.
2020-ci ilin iyun ayında ölkəyə 26 minə yaxın əcnəbi gəlib.
2020-ci ilin may ayında ölkəyə təqribən 25 minə yaxın əcnəbi gəlib.
COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin aprel ayında ölkə sərhədləri yalnız yük daşımaları və çarter reysləri üçün açıq olub.
2020-ci ilin mart ayında Azərbaycana gələnlərin sayı COVID-19 pandemiyası səbəbindən 62% azalıb.
2020-ci ilin Fevral ayında gələnlərin sayı 16% artıb!
2020-ci ilin yanvar ayında gələnlərin sayı 18% artıb!