Rusiya
ölkə profili
Oktyabr 2024-cü il
Rusiya Azərbaycan turizm sektorunun əsas hədəf bazarlarından biridir və pandemiyadan sonra qonaq sayının artması ilə əhəmiyyəti daha da artır. 2024-cü ildə Rusiya turistlərinin MDB ölkələri arasında ən çox ziyarət etdiyi ilk 5 ölkədən biri Azərbaycan olmuşdur. Rusiyalı turistlər Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, qonaqpərvərliyi, mətbəxi, şərabçılıq, xizək və sağlamlıqla bağlı imkanlarını, həmçinin müasir görünüşünü və qədim ruhunu yüksək qiymətləndirirlər.
Yay tətili – 01.06-31.08
Payız tətili – 28.10-05.11
Qış tətili/Yeni il bayramı – 30.12-12.01
Yaz tətili – 22.02-01.03, 05.04 -13.04,12.04-19.04 (tədris təqviminə əsasən)
May bayramı (Ruslar 1 və 9 may tarixlərində ardıcıl gələn bayramları tətil məqsədilə birləşdirirlər) – 01.05-11.05
Rusiyadan gələn turistlərin çoxunun yaş ortalaması 39-dur. Səyahət edənlərin böyük hissəsi, yəni 64%-i 30-50 yaş aralığında olub.
Yay və çimərlik tətili: Rusiyalı turistlərin əsas səyahət istiqamətləri sırasında Türkiyə, BƏƏ, Tayland, Gürcüstan (xüsusilə Abxaziya bölgəsi) və Misir üstünlük təşkil edir. Bu ölkələrdən sonra Vyetnam, Maldiv adaları və Şri-Lanka gəlir.
Şəhər turları: Həftəsonu turları və ya Bakıdan keçid uçuşları zamanı dayanacaq kimi istifadə edilən şəhər turları. 8–24 saatlıq tranzit zamanı sərnişinlər aviaşirkət tərəfindən əvvəlcədən təsdiqlənmiş bron əsasında pulsuz hotellə təmin olunur.
Mədəni tətil: Muzeylər, tarixi abidələr və görməli yerlərə yüksək maraq.
Macəra və idman tətili: Xizək sürmə, skuba-dayvinq, gəzinti, qolf, velosiped sürmə kimi fəaliyyətlər əsas səbəblərdən biridir.
Qastronomik turlar: Yemək və şərab turlarına artan maraq.
Sağlamlıq və tibbi turizm: Tibbi prosedurlar və spa müalicələrinə xüsusi maraq. Yüksək təbəqə müştəriləri detoks və çəki itirmə proqramları axtarır.
Tədbirlər və festival: Musiqi festivallarına, Formula 1, UFC (xüsusilə Avropa İttifaqı və ABŞ-dan gələn müğənnilər və qruplar üçün), idman tədbirlərinə və s. yüksək maraq.
Aparılmış son sorğuya görə, səyahət edənlərin 50%-i ailə və uşaqlarla birlikdə səyahəti üstün tutur. 26% cütlüklə, 14%-i isə tək səyahət etməyi seçir. Ən çox seçilən istiqamətlərə gəldikdə isə səyahətçilərin 64%-i dənizkənarı kurortlara, 13% dağlara səyahətə, 11% tarixi məkanlara, 7% isə avtomobil ilə səyahətə üstünlük verir.
Rus dilinin üstünlüyü: Ruslar, rus dilinin geniş yayılmış olduğu istiqamətləri daha çox seçirlər, 60 yaşdan yuxarı olan əksər müştərilər isə xarici dilləri bilmir.
Xizək yamacları və çimərliklər: Qış xizək turistləri üçün yaxşı xizək yamacları və yayda istirahət üçün yaxşı çimərliklər.
Yay aylarında ailəvi istirahət zamanı rusiyalı turistlər adətən “hər şey daxil” konsepsiyasını seçirlər.
Nağdsız ödənişlər: Cari sanksiyalar səbəbindən ruslar yerli ödəniş sistemlərindən istifadə edir və bu sistemlərin tətbiq olunduğu istiqamətləri üstün tuturlar. Beynəlxalq ödəniş imkanlarının məhdudluğu səbəbilə rusiyalı turistlər səfərlərini daha çox turizm agentlikləri ilə planlaşdırırlar. Rusiya banklarının MIR kartları ilə ödəniş etmək əsasən Türkiyə və İranın turistik bölgələrində mümkündür (Türkiyədə QR kod vasitəsilə, İranda isə birbaşa kartla).
Ətraflı planlanlama: Onlayn səyahət agentliklərindən, sosial mediadan və ağızdan-ağıza məlumatlardan geniş şəkildə istifadə edərək araşdırma aparmaq.
2024-cü ildə Rusiya turistləri xarici tətilə hər biri üçün orta hesabla 2,300 ABŞ dolları xərcləyiblər.
Səyahət edən əsas kütlə:
Ailələr
Böyüklər
Cütlüklər
Dostlar qrup halında
Sosial media (VKontakte, Telegram)
Dost tövsiyələri (şifahi məlumat)
Turizm agentlikləri və tur operatorları
Onlayn səyahət agentlikləri (OTA) və aqreqator platformaları (məsələn: Ostrovok, Yandex Puteshestvie, Ozon Travel, Aviasales, OneTwoTrip)
Jurnallar (çap olunmuş və onlayn)
Televiziya proqramları/ Radio
Cari qeyri-sabit vəziyyətlər səbəbindən rusiyalı turistlər tətil planlarını gec edirlər. İş rutinindən uzaqlaşmaq üçün yaxın məsafəli yerlərə, xüsusilə həftəsonları/qısa müddətli turlara da tələbat artmaqdadır. Turizm agentlikləri vasitəsilə səyahət edən rusiyalı turistlər, adətən səyahətə 2–3 ay qalmış tur paketlərini alırlar.
Turizm agentlikləri (oflayn sifarişlər)
OTA və aqreqator platformaları (onlayn bronlar)
Hotel və digər xidmət göstərən provayderlərlə birbaşa bronlar
OTA və aqreqator platformaları: Ostrovok, Yandex Puteshestvie, Ozon Travel, MTS Travel, Tutu, OneTwoTrip.
Tur operatorlar (Azərbaycan üçün keçərli olanlar):
Kütləvi turizm bazarı: FUN&SUN, PAC Group, Space Travel, Russian Express, ICS, Evroport və digərləri
FIT (Fərdi turizm): Jet Travel, Panteon, Vand, Sodis, Karlson Tourism, PAKS və digərləri
Xüsusi tur operatorları (aktiv idman növləri, şərab, qolf, biznes yönümlü turizm)
2024-cü ildə Rusiyalı turistlərin əsas tətilinin orta müddəti təxminən 7 gün olmuşdur.
FUN&SUN
Biblio-Globus
ANEX Tour
Pegas Touristk
Russian Express
PAC Group
Intourist
Space Travel
PAKS
Tez Tour
Hava hərəkəti haqqında cari məlumatla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin interaktiv lövhəsində tanış olmaq olar.
Hər ilin mart ayında Moscow International Travel & Tourism Exhibition (MITT)
Hər ilin sentyabr ayında Otdykh Leisure
Hər ilin sentyabr/ fevral aylarında Luxury Travel Market (LTM)
MICE Excellence
Forum “Puteshestvyi”
2015-ci ildən 2019-cu ilə qədər Rusiyadan Azərbaycana gələn turistlərin sayı ardıcıl olaraq 685,555-dən 932,984-ə yüksəlib, bu dövr ərzində təxminən 36%-lik ümumi artım müşahidə olunub. 2021–2024-cü illər arasında göstəricilər pandemiyadan sonrakı bərpa dövrünü əks etdirir. 2024-cü ildə gələnlərin sayı 2023-cü ilə nisbətən 14,5% artaraq bərpa tendensiyasını göstərir.
Mənbə: Dövlət Miqrasiya Xidməti
Azərbaycana səfər edən rusiyalı turistlərin 46%-i istirahət və əyləncə məqsədilə səfər edir, 24%-i isə dost və ailə üzvlərini ziyarət edir.
Ortalama bir rusiyalı turist Azərbaycanda 1,577 AZN xərcləyir, bunun 42%-i nəqliyyata, 22%-i yeməyə və 17%-i isə yerləşməyə sərf olunur. Rusiya turistləri səyahət xərclərinə görə TOP 10-da yer alır (TOP 5 sırası Çin, ABŞ, Almaniya, Böyük Britaniya və Fransa olaraq sıralanır).
2024-cü ildə rusiyalı turistlərin 41%-i Azərbaycanda 4-7 gün, 38%-i isə 1-3 gün qalıb.
Rusiyalı turistlərin Azərbaycanda ən çox ziyarət etdiyi bölgələr Quba, Bakı, Qusar, Qəbələ, Şəki, İsmayıllı, Gəncə və Naftalandır.
Azərbaycana səfər edən rusiyalı turistlər, memarlıq abidələri, təbiət turizmi, mətbəx zövqləri və şərab, festivallar və tədbirlər daxil olmaqla müxtəlif mədəni və tarixi təcrübələrə güclü maraq göstərirlər.
Azərbaycanın Rusiya bazarı ilə əlaqəli məhsulları "Hər kəsə uyğun" – ilk dəfə ziyarət edən hər bir turistin görməli və ya təcrübə etməli olduğu məhsullar, "Yenidən bax" – uzunmüddətli və ya təkrarlanan ziyarətlərdə görülə və ya təcrübə edilə bilən məhsullar və "Xüsusi uyğunlaşdırılmış" – bazara xüsusilə uyğun hesab olunan məhsullar olaraq qruplaşdırıla bilər.
|
Hər kəsə uyğun |
Yenidən bax |
Xüsusi uyğunlaşdırılmış |
Abidələr və tarixi binalar |
|
|
|
Muzeylər və qalereyalar |
|
|
|
Tibbi turizm |
|
|
|
Festivallar və tədbir turizmi |
|
|
|
Mədəni və kulinariya təcrübələri |
|
|
|
İdman |
|
|
|
Rusiyalı turistlər Azərbaycanda etnik və kənd turizmi və həmçinin quş müşahidəsi fəaliyyətlərinə daha az maraq göstərirlər.
“Rosstat”ın məlumatına görə, 2024-cü ildə Rusiyanın getmə turizm bazarı təxminən 27.3 milyon nəfərə çatıb ki, bu da 2023-cü illə müqayisədə təxminən 2 milyonluq artımı göstərir. Əgər bu tendensiya davam edərsə, 2025-ci ildə əlavə 2.5–3 milyon nəfərlik daha bir artım gözlənilir.
Rusiyalı səyahətçilərin maraq dairəsinin Asiya ölkələrinə, o cümlədən tədbir əsaslı turizm üçün daha çox yönələcəyi gözlənilir. Standart olmayan səyahət növlərinə olan maraq da artmaqdadır. Məsələn, karvan turizmi və ya RV (rekreasiya nəqliyyat vasitəsi) səyahət növünə maraq artsa da, digər ölkələrlə müqayisədə göstəricilər hələ də aşağıdır.
Rusiya bazarında yer almaq üçün ən yaxşı məsləhətlər
Böyük şəhərlərdən, məsələn, Moskva və Sankt-Peterburqdan gələn yüksək səviyyəli turistlər üçün Bakıya və bölgə şəhərlərinə qısa şəhər turları / həftəsonu turları təklif olunur. Bu şəhərlərdə yerləşən aparıcı tur operatorları ilə əməkdaşlıq daha məqsədəuyğundur.
Ekaterinburq, Kazan, Samara, Novosibirsk, Krasnodar və digər şəhərlər kimi ikinci dərəcəli şəhərlərdən orta səviyyəli turistlər üçün Bakıya və bölgə şəhərlərinə uzunmüddətli turlar təklif olunur. Regional şəhərlərdəki turizm agentlikləri ilə əməkdaşlıq daha məqsədəuyğundur.
Rusiya bazarına yönəlik marketinq strategiyasını həyata keçirmək üçün coğrafi fokusla hədəflənmiş yüksək və orta səviyyəli səyahətçilərə diqqət yetirmək olar.
Yay mövsümü üçün ən yaxşı rezervasiya vaxtı mart ayından, qış mövsümü üçün sentyabr ayından başlanır.
Hazırda Bakı, Avropaya səyahət edən rus turistlər üçün bir tranzit nöqtəsi olaraq qəbul edilir. Bakıdakı tranzit müddəti 2-3 gün təşkil edir.
MICE turizmi üzrə imkanların tanıdılması üçün hədəf marketinq platformaları və digər rəqib istiqamətlərdə tətbiq olunan “kick-back” tipli təşviq mexanizmlərindən istifadə tövsiyə olunur.
Əlaqədar şəxs
Cəlal İsmayılov, Rusiya filialının rəhbəri.