Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
ölkə profili
BƏƏ Azərbaycanın turizm sektoru üçün əsas hədəf bazarlardan biridir və onun əhəmiyyəti artmaqdadır. Bunu ölkəyə gələn qonaqların sayının, gecələmələrin və turist xərclərinin artması da göstərir. BƏƏ-dən gələn turistlərin çoxu mart, iyul, avqust və dekabr aylarında qeydə alınır. Bu aylar Ramazan bayramı, Qurban bayramı və qış tətili dövrünə təsadüf edir. BƏƏ turistləri Azərbaycanın tarixini, mədəniyyətini, təbiətini, qonaqpərvərliyini, mətbəxini, müasir simasını və qədim ruhunu yüksək qiymətləndirirlər. Eyni zamanda, Azərbaycan müsəlman turistlər üçün əlverişli ölkə kimi də cəlbedicidir. BƏƏ-dən olan səyahətçilər Dubay, Əbu-Dabi və Şarcadan Azərbaycana birbaşa uçuşlarla gələ bilirlər.
• Yaz tətili: 24 mart – 13 aprel 2025
• Yay tətili: 30 iyun – 24 avqust 2025
• Ramazan: 28 fevral 2025-ci ildə başlayır, Ramazan bayramı tətili isə 30 mart – 2 aprel 2025-ci il tarixlərini əhatə edir
• Qış tətili / Yeni il: 15 dekabr 2025 – 4 yanvar 2026
BƏƏ-dən olan orta statistik səyahətçilər 31–40 yaş aralığındadır. 20 yaşlarda olanlar əsasən cütlük şəklində və ya dost qrupları ilə səyahət edirlər; onların 14,8%-i daha çox dostları ilə səyahət edir. 68%-i evli və uşaqlıdır. Ailələrin 27%-i 4 nəfərdən, 33%-i isə 5 və daha çox nəfərdən ibarətdir.
• Lüks səyahətlər: yüksək səviyyəli kurortlar, beşulduzlu otellər və lüks kruizlər. Özəl turlar, yüksək səviyyəli restoran təcrübələri və lüks alış-veriş kimi eksklüziv təcrübələrə maraq göstərirlər.
• Ailəvi tətillər: ailə üçün uyğun fəaliyyətlər, əyləncə parkları və “hər şey daxil” konseptli kurortları olan istiqamətlər. Təhlükəsiz, təmiz və uşaqlar üçün uyğun imkanlara malik yerlər onlar üçün xüsusilə cəlbedicidir.
• Macəra və açıq hava fəaliyyətləri: xizək sürmə və snoubordinq kimi qış idman növləri təklif edən istiqamətlərə maraq göstərirlər. Dağlar, çimərliklər və meşələr kimi təbii gözəlliklərə malik yerlər də onlar üçün cəlbedicidir.
• Sağlamlıq və istirahət: sağlamlıq mərkəzləri, spa tətilləri və istirahətə yönəlmiş istiqamətlərə üstünlük verirlər.
• Şəhər turları: böyük şəhərlərə qısa səfərlərə, onların görməli yerlərinə, alış-veriş rayonlarına, restoranlarına və əyləncə imkanlarına maraq göstərirlər.
• Əhalisinin əksəriyyəti müsəlman olan ölkələr: Halal qidaya, namaz qılmaq üçün şəraitə və mədəni yaxınlığa asan çıxışın təmin olunması səbəbindən, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə və ya müsəlman əhalisinin əhəmiyyətli dərəcədə çox olduğu istiqamətlərə səyahətə üstünlük verirlər.
• Lüks və eksklüzivlik: Yüksək səviyyəli, lüks təcrübələrə üstünlük verirlər və eksklüziv xidmətlər üçün daha yüksək məbləğ ödəməyə hazırdırlar.
• Alış-veriş təcrübələri: Yüksək səviyyəli brendlər və lüks məhsullar da daxil olmaqla, geniş alış-veriş imkanları təqdim edən istiqamətlərdən zövq alırlar.
• Ailə yönümlülük: Çox vaxt ailələri ilə səyahət edirlər və uşaqlı ailələr üçün uyğun olan istiqamətlərə və yerləşmə növlərinə üstünlük verirlər.
• Təhlükəsiz və rahat: Təhlükəsizliyi, rahatlığı və yüksək gigiyena standartları ilə tanınan istiqamətləri prioritet hesab edirlər.
• Hava şəraiti: BƏƏ-dən olan səyahətçilər çox vaxt xoş hava şəraitinə malik istiqamətlər axtarırlar. Xüsusilə isti yay aylarında daha sərin iqlimə üstünlük verirlər.
• Kulinariya keyfiyyəti: Halal qida seçimləri və beynəlxalq mətbəx də daxil olmaqla, yüksək səviyyəli restoran və yemək təcrübələrini yüksək qiymətləndirirlər.
BƏƏ turistləri dünyada ən çox xərcləyən səyahətçilər sırasında yer alırlar. BƏƏ-dən olan turistlərin bir səfər üzrə orta xərcləri səyahətin növündən və fərdi tərcihlərdən asılı olaraq dəyişə bilər. Orta hesabla, BƏƏ-dən olan turistlər xaricə səfərləri zamanı gündə təxminən 400 ABŞ dolları xərcləyirlər. Bu məbləğə yerləşmə, qida, nəqliyyat və fəaliyyətlər üçün xərclər daxildir.
• Uşaqlı ailələr (6–12 nəfərlik qruplar, o cümlədən yaxınlar və dostlarla birlikdə)
• Cütlüklər
• Dost qrupları
• Sosial media (YouTube, Instagram; BƏƏ sakininin sosial mediadan istifadə etməyə sərf etdiyi orta gündəlik vaxt 7,5 saatdır)
• Dostların tövsiyələri (ağızdan-ağıza yayılan tövsiyələr)
• Onlayn səyahət agentlikləri (OTA-lar)
• Səyahət agentlikləri
Adətən, BƏƏ turistləri son anda rezervasiya etməyə meyllidirlər. Çoxgünlük turlar və fəaliyyətlər isə daha əvvəlcədən bron edilir və səyahətçilər üçün üstünlük verilən seçim hesab olunur. Bununla belə, UNWTO-nun son araşdırmasına əsasən, rezervasiya müddətləri dəyişir və səyahətçilər artıq daha erkən rezervasiya etməyə başlayırlar.
• Onlayn səyahət agentlikləri
• Səyahət agentlikləri (“hər şey daxil” paketlər)
• Aviaşirkətlə birbaşa (onlayn şəkildə)
• Üzbəüz rezervasiyalar
• Otellə birbaşa (onlayn şəkildə)
• Onlayn səyahət agentlikləri (OTA-lar): Expedia, Dnata, Wego, Almosafer, Gocozmo.com, Musafir.com
• İxtisaslaşmış platformalar: Booking.com, Hotels.com, Airbnb
Səyahətin orta müddəti 7–11 gün arasındadır. Kiçik bayram — Ramazan bayramı dövründə təxminən 7 günlük, böyük bayram — Qurban bayramı dövründə isə təxminən 11 günlük qısa tətil müddətləri olur.
DNATA Travel
• Emirates Holidays
• Kanoo Travel
• Musafir.com
• Rayna Tours
• Cozmo Travel
• Asian Air Travel and Tourism Agency
• Superjet Tours
• Al Rostamani Travel
• Destinaro Travel and Tourism

• Arabian Travel Market ATM Dubai (Aprel–May)
• MALT Congress (tarixləri dəyişir)
• EPEX MICE & Destination Wedding Show (Sentyabr)
ATB events
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayı 2014-cü ildə cəmi 821 nəfər olduğu halda, 2017-ci ildə 102 000-dən çox ziyarətçiyə çataraq sürətli artım nümayiş etdirmişdir. Bu artım hava əlaqələrinin yaxşılaşdırılması və əlverişli viza siyasəti ilə əlaqədar olmuşdur. 2020 və 2021-ci illərdə COVID-19 pandemiyası səbəbindən ciddi azalma müşahidə olunsa da, bazar sonradan tədricən bərpa olunmağa başlamış, 2022-ci ildə səfərlərin sayı əhəmiyyətli dərəcədə artmış və növbəti illərdə də müsbət dinamika davam etmişdir. 2024-cü ildə Azərbaycan BƏƏ-dən 46 706 ziyarətçi qəbul etmişdir ki, bu da ölkəyə olan davamlı marağı göstərir. 2025-ci ildə isə ziyarətçi sayı 43 834 nəfər olmuşdur. Bu göstərici BƏƏ-nin Azərbaycan üçün mühüm mənbə bazar olaraq əhəmiyyətini qoruduğunu və ziyarətçi həcminin pandemiyadan sonrakı bərpa dövrü ilə müqayisədə yüksək səviyyədə qaldığını nümayiş etdirir.

2025-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 43 834 ziyarətçi qəbul etmişdir. Onların əksəriyyəti istirahət məqsədilə səyahət etmişdir. Turistləri Azərbaycanın zəngin mədəni irsi, mənzərəli təbiəti, alış-veriş imkanları və rahat səyahət şəraiti, o cümlədən birbaşa uçuşlar və BƏƏ vətəndaşları üçün vizasız giriş cəlb etmişdir. Azərbaycan təbiət, mədəniyyət və ailəvi istirahət təcrübələrini bir arada axtaran BƏƏ-dən olan səyahətçilər üçün populyar qısa məsafəli istiqamət olaraq qalır.
2025-ci ildə BƏƏ-dən gələn ziyarətçilər Azərbaycana səfərləri zamanı ümumilikdə 89 995,7 min AZN xərcləmişlər. Əsas xərc kateqoriyaları arasında nəqliyyat xərcləri təxminən 41 401,3 min AZN təşkil etmişdir. Bunun ardınca yerləşmə xərcləri təxminən 18 022,3 min AZN, qidalanma xərcləri isə təxminən 17 824,2 min AZN olmuşdur.
2025-ci ildə təxminən 18 338 BƏƏ ziyarətçisi Azərbaycanda 1–3 gecə, təxminən 15 344 ziyarətçi isə 4–7 gecə qalmışdır. Bu göstəricilər qısa istirahət səfərlərinə güclü üstünlük verildiyini göstərir. Bununla yanaşı, xeyli sayda səyahətçi daha uzunmüddətli qalmağı da seçmişdir.
BƏƏ-dən olan səyahətçilərin Azərbaycanda ən çox ziyarət etdiyi regionlar Bakı, Qəbələ, Qusar, Quba və Şəkidir.
BƏƏ-dən olan səyahətçilər Azərbaycanın təbiətini, qonaqpərvərliyini və mətbəxini yüksək qiymətləndirirlər. Bununla yanaşı, onlar Azərbaycanı halal və ailəvi səyahətlər üçün əlverişli istiqamət kimi də xüsusilə dəyərləndirirlər. Ölkənin BƏƏ turistlərinin mədəni və dini ehtiyaclarına uyğun imkanlar təqdim etməsi bu bazar üçün mühüm üstünlük hesab olunur.
Azərbaycanın BƏƏ bazarı ilə əlaqəli məhsulları üç qrupa bölünə bilər: “Hamıya uyğundur” — Azərbaycana ilk dəfə gələn bütün ziyarətçilərin görməli və ya təcrübə etməli olduğu məhsullar, “Əlavələr” — daha uzunmüddətli və ya təkrar səfərlər zamanı görülə və ya təcrübə edilə bilən məhsullar, və “Xüsusi uyğunlaşdırılmış” — bu bazar üçün xüsusi əhəmiyyət daşıyan məhsullar.
|
Hamıya uyğundur |
Əlavələr |
|
|
Dağlar və vadilər |
• Qubada Təngəaltı kəndi |
|
|
Milli parklar və təbiət əraziləri |
• Qubada Geçrəş meşəsi |
• Yanar Dağ |
|
Tema parkları və əyləncə mərkəzləri |
• Shahdag Mountain Resort |
|
|
Alış-veriş |
• Yerli bazarlar |
• Port Baku Mall |
|
Qastronomiya |
• Qara kürü |
• Çay evləri, yerli şirniyyatlar və mürəbbələr |
|
Festivallar və tədbirlər |
• Formula 1 |
|
|
İdman |
• Xəzər dənizində su idman növləri |
• Xizək fəaliyyətləri |
BƏƏ-nin xaricə turizm bazarının 2025-ci ildə güclü artımını davam etdirəcəyi gözlənilir. Səyahət və turizm sektorunun ölkənin milli ÜDM-inə təxminən 264,5 milyard AED (72 milyard ABŞ dolları) töhfə verəcəyi proqnozlaşdırılır. Beynəlxalq səyahətlər əsas hərəkətverici amil olaraq qalır və xaricə səyahət xərclərinin 192 milyard AED-ə çatacağı gözlənilir ki, bu da əvvəlki illə müqayisədə təxminən 10% artım deməkdir. Əbu-Dabi və Dubay kimi əsas mərkəzlərdən həyata keçirilən uçuş rezervasiyalarında nəzərəçarpan artım müşahidə olunmuşdur ki, bu da səyahətə yüksək tələbatın olduğunu göstərir. Bundan əlavə, BƏƏ sakinlərinin yarıdan çoxu 2025-ci ildə istirahət məqsədli səyahətlərini artırmağı planlaşdırır, təxminən üçdə biri isə artıq səfərlərini bron etmişdir. Bu isə istehlakçı inamının və beynəlxalq istiqamətlərə marağın güclü olduğunu nümayiş etdirir.
• Əlaqələrin idarə olunması çox vacibdir; loyallıq və wholesaler-lərlə güclü münasibətlər mühüm əhəmiyyət daşıyır.
• Satış görüşləri üçün ən uyğun vaxt: Satış görüşləri üçün ideal dövr yanvar–mart aylarıdır. Bu müddət yay tətili dövründəki pik səyahət mövsümündən və əsas turizm tədbirlərindən əvvəlki vaxta təsadüf edir.
• Üstünlük verilən kommunikasiya üsulu: İlkin və təkrar kommunikasiya üçün e-poçta üstünlük verilir. Xüsusilə Dubayda keçirilən Arabian Travel Market (ATM) kimi tədbirlər zamanı üzbəüz görüşlər yüksək qiymətləndirilir. Virtual görüşlər və videozənglər də geniş şəkildə qəbul olunur. Bütün kommunikasiyanın aydın, peşəkar və vaxtında aparılması təmin edilməlidir.
• Ziyarət edilməli əsas bazar mərkəzləri: Dubay, Əbu-Dabi, Şarja və Al Ain kimi əsas bazar mərkəzlərinə fokuslanmaq tövsiyə olunur.