Oktyabrın 13-də İstanbulda Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəliyinin təşkilatçılığı ilə səhər yeməyi formatında görüş keçirilib. Türkiyədən 10-dan çox media nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın Bakıdan kənarda yerləşən turizm istiqamətləri, bölgələrə xas ənənələr və milli mətbəx nümunələri təqdim olunub.
Bosfor boğazının mənzərəsi fonunda keçirilən görüşdə Azərbaycanın tarixi şəhərləri, regional mətbəxi və müxtəlif bölgələrdə qorunub saxlanılan yerli ənənələri haqqında məlumat verilib. Təqdimatın əsas məqsədi Türkiyə mediasının diqqətini paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrinin də təqdim etdiyi fərqli səyahət imkanlarına yönəltmək olub.
Tədbir Türkiyə media nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, Azərbaycanın regional turizm imkanlarının daha geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyət daşıyıb.