7-14 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil edilib
Səfər müddətində Polşa, Çexiya və Macarıstan olan 20-yə yaxın turizm şirkətinin nümayəndələri Azərbaycanın mövcud turizm imkanları ilə tanış olub, həmçinin Bakı, Şamaxı, Şəki və Qəbələ şəhərlərini ziyarət ediblər.
Səfər çərçivəsində Polşa, Çexiya və Macarıstan turizm sənayesinin təmsilçiləri ilə yerli turizm şirkətlərinin 60-dan çox nümayəndəsi arasında B2B formatında işgüzar görüş təşkil olunub. Görüşdə yeni əməkdaşlıqların yaradılması və mövcud tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Polşadan ziyarətçi sayında 14,9%, Çexiyadan 0,2%, Macarıstandan isə 5,6% artım qeydə alınıb.