23 yan 2026
Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycanın İsraildəki Səfirliyinin birgə təkilatçılığı ilə yanvarın 22-ində baş tutan “Azərbaycanın qış mövsümü mətbəxi” mövzusunda kulinariya ustad dərsi keçirilib.
Şef Moti Yevdayevin müşayiəti ilə baş tutan ustad dərsi iştirakçılara Azərbaycanın zəngin kulinariya irsi və qış mövsümünə xas olan ənənəvi yeməkləri yaxından tanımaq imkanı yaradıb.
İştirakçılar həmçinin, milli mətbəxin özünəməxsus dadları və məhsulları ilə tanış olub, yeməklərin hazırlanma prosesində fəal iştirak edib.
Tədbirdə İsrailindən olan media və turizm sənayesi nümayəndələri, tanınmış bloggerlər, eləcə də ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak edib.