Azərbaycan Turizm Bürosu 8–11 noyabr tarixlərində “Trip.com Group”un Türkiyənin paytaxtı İstanbulda keçirilən Qlobal Tərəfdaşlar Sammitində “İlin Strateji Partnyoru” mükafatına layiq görülüb. Mükafat ATB-nin “Trip.com Group” ilə davamlı əməkdaşlığını və Azərbaycanın beynəlxalq səviyyədə səyahətçilər üçün əsas destinasiya kimi tanıdılmasını əks etdirir.
Sammit çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid “Trip.com Group”un İdarə Heyətinin sədri Jane Sun ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. ATB nümayəndə heyəti həmçinin “Trip.com Group”un həmtəsisçisi və sədri James Liang ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Sammit çərçivəsində qlobal səyahət təcrübələrinin təkmilləşdirilməsi, texnologiyadan, o cümlədən süni intellektdən istifadənin artırılması və davamlı turizmin təşviqi üzrə yeni təşəbbüslər təqdim olunub.