22–27 oktyabr tarixlərində Yaponiyanın 5 aparıcı turizm şirkətinin nümayəndələri üçün Azərbaycan Turizm Bürosu tərəfindən tanışlıq səfəri təşkil olunub. Səfər turizm sahəsində əməkdaşlığın gücləndirilməsi və Yaponiya turizm şirkətlərinin Azərbaycanı əsas səyahət destinasiyası kimi daha yaxından tanımasına şərait yaradıb.
Proqram çərçivəsində qonaqlar Bakının mədəni və tarixi məkanlarını ziyarət edib, həmçinin yaponiyalı turistlər arasında maraq yaradan Şamaxı, Qəbələ və Şəkiyə səfər ediblər. Onlar Azərbaycanın zəngin mədəni irsi, füsunkar təbiəti və müasir turizm imkanları ilə yaxından tanış olaraq Yaponiya bazarı üçün cəlbedici olan təcrübələr ilə yaxından tanış olublar.
27 oktyabr tarixində Yaponiya turizm sənayesi nümayəndələri ilə yerli sənaye tərəfdaşlarını bir araya gətirən B2B görüşlər təşkil olunmuşdur. Görüşlər qarşılıqlı fikir mübadiləsi aparmağa, bazar tələblərini müzakirə etməyə və gələcək əməkdaşlıq imkanlarını inkişaf etdirməyə şərait yaradıb.