Azərbaycan Turizm Bürosu 20-26 oktyabr tarixlərində Çin Xalq Respublikasının 19 aparıcı turizm şirkətlərinin nümayəndələrinin üçün tanışılıq səfəri təşkil edib. Proqramın məqsədi Çin turizm sənayesi nümayəndələri ilə biznes əlaqələrinin gücləndirilməsi və ölkənin turizm imkanlarını birbaşa tanımaq imkanı yaratmaq olub.
Səfər çərçivəsində iştirakçılar Bakı şəhərinin UNESCO tərəfindən qorunan tarixi mərkəzini ziyarət etmiş, həmçinin Şamaxı, Qəbələ, Şəki və Qax bölgələrini kəşf edib. Nümayəndələr yerli mədəniyyət, tarixi abidələr və ölkənin müxtəlif turizm imkanları ilə tanış olaraq Azərbaycanın beynəlxalq səviyyədə turistlər üçün təqdim etdiyi imkanlar barədə daha ətraflı məlumat əldə ediblər.
24 oktyabr tarixində tanışlıq səfəri iştirakçıları və Azərbaycanın turizm sənayesi nümayəndələri arasında B2B görüşlər təşkil olunmuşdur. Sessiya çərçivəsində fikir mübadiləsi aparılmış, təcrübələr paylaşılmış və Çin və Azərbaycan turizm şirkətləri arasında yeni əməkdaşlıq imkanları müzakirə olunmuşdur.