14 apr 2025
Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə turizm sahəsində mövcud əməkdaşlığı genişləndirmək və ölkəmizin turizm imkanlarını yerli turizm sənayesi nümayəndələrinə tanıtmaq məqsədilə Rusiyanın Yekaterinburq, Tümen və Novosibirsk şəhərlərində təqdimatlar keçirilib.
Ümumilikdə 220-yə yaxın turizm sənayesi mütəxəssisinin bir araya gəldiyi tədbirlərdə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə bağlı təqdimatlar keçirilib.
"Absheron Hotel Group", Chinar Hotel & SPA, Gashalti Health Hotel və "Rayda Tour Operator" kimi yerli turizm sənayesi təmsilçilərinin iştirak etdiyi B2B formatlı görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.