04 apr 2025
“Biz azərbaycanlılar üçün ölkəmizə gələnlər turist yox, qonaqdırlar.” Bu haqda aprelin 3-də Moskvada Roskongress Fondunun dəstəyi və “Vostok” müzakirə klubunun təşkilatçılığı ilə “Turizm: Asiya” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Turizm Bürosunun Rusiya üzrə nümayəndəliyinin rəhbəri Cəlal İsmayılov qeyd edib.
Regionun aparıcı turizm nümayəndələri, dövlət qurumlarının təmsilçiləri və müxtəlif sahələr üzrə tərəfdaşlarının iştirak etdiyi tədbirdə Rusiyalı turistlərin Asiya regionuna, o cümlədən turizm destinasiyası kimi Azərbaycana artmaqda olan marağı müzakirə olunub.
Ətraflı məlumat üçün: https://www.kp.ru/daily/27681/5070689/