12 iyun, 2026
2026-ci ildə Azərbaycan Turizm Bürosu tərəfindən Pakistanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycana tanışlıq turu təşkil ediləcəkdir. Program çərçivəsində, Azərbaycanın yerli turizm sənayesinin nümayəndələri ilə tanışlıq turunun iştirakçıları arasında B2B formatında görüşlərin keçirilməsi planlaşdırılır.
Azərbaycanın yerli turizm sənayesi nümayəndələrini qeydiyyatdan keçərək B2B görüşlərdə iştirak etməyə və yeni biznes tərəfdaşlıqları qurmağa dəvət edirik.
B2B görüşlərin tarixi: 12 iyun, 2026
Qeydiyyat üçün son tarix: 22 may, 2026
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin programı və məkanı ilə bağlı e-mail göndəriləcək.