Yaxın Şərq ölkələrinin turizm sənayesi nümayəndələrinin iştirakı ilə tanışlıq turu/B2B görüşlər
Yaxın ŞərqAzərbaycan
Azərbaycan
Azərbaycan Turizm Bürosu tərəfindən Səudiyyə Ərəbistanı Krallığının, Birləşmiş Ərəb Əmirliklərinin, Qətərin, Bəhreynin, Misirin, Küveytin və Omanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycana tanışlıq turu təşkil ediləcəkdir. Program çərçivəsində, Azərbaycanın yerli turizm sənayesinin nümayəndələri ilə tanışlıq turunun iştirakçıları arasında B2B formatında görüşlərin keçirilməsi planlaşdırılır.
Azərbaycanın yerli turizm sənayesi nümayəndələrini qeydiyyatdan keçərək B2B görüşlərdə iştirak etməyə və yeni biznes tərəfdaşlıqları qurmağa dəvət edirik.
B2B görüşlərin tarixi: elan ediləcək
Qeydiyyat üçün son tarix: elan ediləcək
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin programı və məkanı ilə bağlı e-mail göndəriləcək.