Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının nümayişi üçün aşağıdakı şəhərlərində yol şouları keçiriləcək:
Yaponiya: Tokio
Cənubi Koreya: Seul
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Yaponiyanın və Cənubi Koreyanın turizm tərəfdaşlarına təqdim edilməsi
Azərbaycan ilə Yaponiyanın və Cənubi Koreyanın turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Tədbirlərin tarixləri elan ediləcək (3-cü rüb)
Ətraflı məlumat üçün:
İştirak haqqı: Elan ediləcək
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.