Məmnuniyyətlə bildiririk ki, MDB miqyasında təşkil olunan, 25-26 sentyabr 2025-ci ildə keçiriləcək LTM Autumn Moscow tədbirində iştirak üçün qeydiyyat artıq başlayıb.
Lüks səyahət seqmentinə aid mühüm tədbirlərdən olan LTM (Luxury Travel Mart) MDB bazarlarında yeni əlaqələrin qurulması və mövcud olanların gücləndirilməsini hədəfləyən, həmçinin lüks məhsullar təklif edən şirkətlər üçün B2B formatında təşkil olunmaqdadır. LTM iştirakçılarının siyahısını beşulduzlu hotellər, elit avtomobil şirkətləri, kruiz və yaxt çarterləri, şəxsi təyyarə çarterləri, Destinasiya Menecmenti Təşkilatları və lüks operatorlar təşkil edir. Potensial sifarişçilər isə əsasən Rusiya və digər MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətləridir.
B2B tədbiri əvvəlcədən planlaşdırılmış görüşləri özündə birləşdirir. Cədvəl tədbir iştirakçıları tərəfindən xüsusi tətbiq və ya veb-sistem vasitəsilə öncədən tərtib edilir. Tədbirin birinci günü iştirakçılar MDB ölkələrinin müxtəlif regionlarında fəaliyyət göstərən sifarişçi şirkətlər ilə görüşlər aparırlar, ikinci gün isə iştirakçılar əsasən Moskva şəhərində fəaliyyət göstərən sifarişçi şirkətlər ilə görüşlər keçirirlər.
Qeydiyyat üçün keçid: https://www.moscow.luxurytravelmart.com/registr/
Ətraflı məlumat üçün: