Azərbaycan Turizm Bürosu Azərbaycanın turizm potensialının nümayişi üçün aşağıdakı yol şoularının təşkil edilməsini planlaşdırır:
Çində: Şanxay, Pekin, Çanşa
Çində: Şençjen, Quançjou, Çendu,
Cənubi Koreyada B2B vörkşop: Seul
Tədbirlərin məqsədləri:
• Azərbaycanın asudə vaxt və işgüzar turizm imkanlarının təqdim edilməsi
• Azərbaycanın aparıcı turizm şirkətlərinin Çinin və Cənubi Koreyanın turizm sənayesi tərəfdaşlarına tanıdılması
• Azərbaycan, Çinin və Cənubi Koreyanın turizm şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi
Tədbirlərin tarixləri elan ediləcək (2-ci və 3-cü rüblər)
Ətraflı məlumat üçün: [email protected]
İştirak haqqı: Elan ediləcək
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: Elan ediləcək