ITB CHINA 2025
Uzaq ŞərqÇXR, Şanxay
ÇXR, Şanxay
27-29 may tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək ITB China 2025 sərgisinə qeydiyyatın başlandığını elan edirik.
ITB China, Çin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən biridir. Bu tədbir beynəlxalq turizm istiqamətlərini, xidmət təminatçılarını və Çinli alıcıları bir araya gətirərək, unikal biznes əlaqələrinin qurulması, yeni trendlərin öyrənilməsi və səyahət təkliflərinin nümayişi üçün geniş imkanlar təqdim edir. Üç gün ərzində sərgi dünya səviyyəli alıcıları və sərgi iştirakçılarını bir araya gətirərək, şəbəkələşmə, fikir mübadiləsi və Çinli turistlərin dəyişən maraqlarını kəşf etmək üçün mükəmməl şərait yaradır. Bu tədbir, qlobal turizm sənayesində öz mövqeyini gücləndirmək istəyənlər üçün vacib bir platformadır.
İştirak haqqı: 2500 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.
Qeydiyyatdan keçmək sizin iştirakınız təsdiqi deyil. Son qeydiyyat tarixi bitdikdən sonra şirkətlərin qiymətləndirilməsi baş tutacaqdır və daha sonra seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcəkdir.
Son qeydiyyat tarixi: 31 mart, 2025-ci il
Əlavə məlumat üçün:
[email protected]