Son yenilənmə tarixi - 11/03/2024
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır.
2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
Xüsusi qaydalar ilə hal-hazırda həyata keçirilən uçuşlar haqqında əlavə məlumat üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi veb-səhifəsinə keçid etməyinizi xahiş edirik - https://www.airport.az/az/.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2024-cü il 1 iyul saat 06.00-dək uzadılmışdır.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq uçuşlar, yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü nəqliyyat ilə quru sərhədləri vasitəsilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2024-ci il tarixinədək uzadılıb.
SƏYAHƏT EDƏN ŞƏXSLƏR ÜÇÜN ÜMUMİ TÖVSİYƏLƏR
Azərbaycana səfər edən şəxslərdən aşağıdakı tövsiyələrə əməl etmək xahiş olunur:
Son iki həftə üçün sağlamlıq vəziyyətinizi yoxlayın;
Özünüzdə qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları müşahidə etdikdə, öskürək, burun axması olduqda, qoruyucu maska taxın;
Vəziyyətin daha da kritikləşməsini gözləmədən həkimə müraciət edin. Xəstəxanaya öncədən zəng edərək bu haqda məlumat verin.
TƏCİLİ YARDIM XİDMƏTİ |
|
Təcili tibbi yardım üçün zəng edin |
103, 113, 1542 |
Turistlər aşağıdakı tədbirləri görməlidirlər:
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu yerli və xarici turistlər üçün sağlam və təhlükəsiz mühitin təmin olunması ilə bağlı öhdəlik götürüb. Dəstəyinizə və anlayışla qarşıladığınız üçün təşəkkür edirik!
1. COVID-19 virusunun geniş yayılması səbəbi ilə Azərbaycana səfər etmək təhlükəsizdir?
COVID-19 virusunun yayılması və pandemiya halına gəlməsindən etibarən bütün dünya böyük problemlə üz-üzədir. Bütün turistlərin səfər zamanı Ümumdünya Sağlamlıq Təşkilatının təlimatlarını ciddi şəkildə izləməsi və virusa yoluxmaq ehtimalını azaltması tövsiyə olunur.
2. Azərbaycana səfər etsəm, koronavirusa yoluxma riski ilə üzləşəcəyəm?
COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il aprel ayından zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulmuşdur.
3. Azərbaycan hər hansı ölkədən səfərlərə məhdudiyyətlər qoyur?
Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələb edilmir.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq uçuşlar, yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü nəqliyyat ilə quru sərhədləri vasitəsilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2024-ci il tarixinədək uzadılıb.
4. Azərbaycana səfər edərkən hansı profilaktik tədbirləri görməliyəm?
Bütün turistlərin səfər zamanı Ümumdünya Sağlamlıq Təşkilatının təlimatlarını ciddi şəkildə izləməsi və virusa yoluxmaq ehtimalını azaltması tövsiyə olunur. Turistlər aşağıdakı tədbirləri görməlidirlər:
Hərarətiniz və ya öskürəyiniz olarsa, yaxud tənəffüs zamanı çətinlik çəkirsinizsə, həkimə müraciət edin.
Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməlidir.
5. Azərbaycanda müxtəlif məkanlara səfər etmək (məsələn, ticarət mərkəzləri, turizm obyektləri və s.) təhlükəsizdir?
Ölkəmizdə müxtəlif məkanlara getməyi planlaşdırarkən Nazirlər Kabinetinin veb-saytı və müxtəlif xəbər saytlarını izləməyiniz tövsiyə olunur.
6. Özümdə hər hansı xəstəlik əlamətləri hiss etsəm, hansı nömrələrlə əlaqə saxlaya bilərəm?
Bakı daxilində 103, Bakı xaricində 113 və ya 1542 nömrələri ilə əlaqə saxlamaq lazımdır.
7. Azərbaycandakı turizm obyektləri fəaliyyət göstərirmi və həmin məkanlara daxil olmaq üçün COVID-19 pasportu tələb olunurmu ?
Ölkə ərazisində 2024-ci il 1 iyul saat 06:00-dək karantin rejimi tətbiq edilir. Müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələb edilmir.
8. Əcnəbi vətəndaşlar Azərbaycanda vaksin oluna bilərlərmi? Azərbaycanda hansı vaksinlər tətbiq olunur?
Əcnəbi vətəndaşlar Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama icazəsi əsasında ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edərək vaksin edilə bilərlər. Hazırda “Sinovac”, “Pfizer” və “Sputnik V” vaksini üçün yaşı 18 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan şəxslər qeydiyyatdan keçib vaksin oluna bilərlər.
9. Pandemiya ilə əlaqədar Azərbaycan turizminə nə dərəcədə ziyan dəyib?
COVID-19 virusunun bütün dünyada geniş yayılması bir sıra problemlərə səbəb olmuşdur. Hazırda ölkəmizin vətəndaşları və qonaqlarının sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün görülən tədbirlər xüsusi əhəmiyyət daşıyır.