Aprel 2026-cı il
Bazarla bağlı xüsusi məlumat
Azərbaycan üçün əhəmiyyəti
Çin Azərbaycanda turizm sektoru üçün prioritet hədəf bazarlardan biridir və inkişafda olan istiqamətdir. Çin bazarı böyük perspektivə malikdir. Çinli turistlər Azərbaycanın tarixini, mədəniyyətini, təbiətini, qonaqpərvərliyini, mətbəxini və müasir görünüşü ilə qədim ruhunun harmoniyasını yüksək qiymətləndirirlər.
Əsas tətil günləri
- Çin Yeni İli – yanvar/fevral
- Yay dövrü (məktəb tətilləri) – iyul-avqust
- Milli Gün (Qızıl həftə) – 1-7 oktyabr
- Yeni il – Qış tətili (məktəb tətili) – 1-3 yanvar
Turist məlumatı
Turist profili
Çinli turistlər əsasən 22-41 yaş arasındadır. Həmçinin əhəmiyyətli sayda təqaüdçülər (65+) də tez-tez səyahət edir.
Tətil növləri
- Şəhər turları: Dünyanın müxtəlif şəhərlərinin mənzərələrinin kəşfi və şəhər gəzintilərindən zövq alma
- Mədəni istirahət: Muzeylərə, tarixi yerlərə və görməli məkanlara böyük maraq
- Alış-veriş: Xarici markalara böyük maraq
- Macəra və İdman Tətilləri: Qolf, quş müşahidəsi, xizək sürmə kimi fəaliyyətlər
- Kruizlər: Ailəli və yaşlı turistlər arasında məşhurdur
Üstünlüklər
- Ətraflı planlanlama: Onlayn turizm agentlikləri, sosial media və şifahi şəkildə verilmiş məlumatlardan geniş şəkildə istifadə edərək araşdırma aparırlar.
- Pulun dəyəri: Münasib və şəffaf qiymət siyasətini üstün tuturlar.
- Təhlükəsizlik: Təhlükəsiz və stabil məkanları prioritet olaraq seçirlər.
- Rahatlıq və keyfiyyət: Yüksək şəraitli yerləşmə yerlərinə və xidmətlərinə üstünlük verirlər.
- Çoxməkanlı səyahət: Bir səfərdə bir neçə ölkə və məkanı ziyarət edirlər.
Ortalama xərcləmə
2025-cü ildə Çinli turistlərin hər səfər zamanı turizm üzrə ortalama xərcləməsi 1,400 ABŞ dolları təşkil etmişdir.
Səyahət edən əsas kütlə
Məlumat mənbələri
- Sosial media (Wechat, Little Red Book, Douyin)
- Dostların tövsiyəsi (şifahi məlumat)
- Onlayn səyahət agentlikləri
Planlama və səyahətlə bağlı qərarvermə müddəti
Çinli turistlər adətən səfərlərini 6 ay əvvəlcədən rezervasiya edir və bir neçə turu birləşdirməyə üstünlük verirlər. Qərar qəbuletmə prosesi müxtəlif ola bilər:
- Uzunmüddətli səyahətlər üçün səfər və rezervasiyalarını bir ilə qədər əvvəlcədən planlaşdıra bilərlər.
- Əhəmiyyətli tətil və ya beynəlxalq səfərlər üçün isə səfər və rezervasiyalarını 6 ay əvvəlcədən planlaşdıra bilərlər.
- Qısa müddətli səfərlər və son dəqiqə rezervasiyaları da mövcuddur, xüsusilə daxili səyahətlər və Şərqi Asiyada viza tələb etməyən ölkələrə üz tuturlar.
Alış vasitələri
Paylanma sistemləri
- Onlayn səyahət agentlikləri: Trip.com (Ctrip), Qunar, Fliggy, Tongcheng, Tuniu
- Səyahət agentlikləri: CTG (China Travel Group), China Comfort Travel, China CYTS Travel, Spring Travel, GZL, UTS Tourism, China International Travel Service
- Ən çox ziyarət edilən səyahət və turizm veb-saytları: ctrip.com, fliggy.com, qunar.com, ly.com
Xüsusi turizm maraqları
- Xüsusi hazırlanmış və kiçik qrup turlarının artan populyarlığı: Çinli turistlər xüsusi hazırlanmış və kiçik qrup turlarını üstün tuturlar, fərdiləşdirilmiş və yaxın məsafəli səyahət təcrübələri axtarırlar.
- Səyahət məkanlarının genişlənməsi: Bu turistlərə viza tələb etməyən və ya gəliş zamanı viza siyasəti təklif edən ölkə və bölgələrin artan sayı, həm yaxın, həm də uzaq məsafəli təyinat yerlərinin populyarlaşması Çinin getmə turizmin artmasına səbəb olub.
- Yeni bazar tendensiyaları: Çinin turizm bazarı müsbət tendensiyalar göstərir, bunlara dayanıqlı və ekoloji cəhətdən təmiz səyahət seçimlərinə artan maraq, mədəniyyət ilə tanışlıq və yerli təcrübələrə önəm verilməsi və ənənəvi turizm məqsədlərindən kənara çıxan səyahət məqsədlərinin şaxələndirilməsi daxildir.
- İkitərəfli səyahət əlaqələrinin gücləndirilməsi: 20 iyul 2024-cü ildən etibarən Çin vətəndaşları Azərbaycana vizasız səyahət edə bilərlər. 2025-ci ilin aprelində isə sözügedən razılaşma qarşılıqlı şəkildə genişləndirilərək, hər iki ölkənin vətəndaşlarına vizasız səyahət imkanı yaradıb.
Səyahət müddəti
Çinli turistlər adətən ən azı 7-10 günlük məzuniyyət götürürlər və təyinat yerində 2-4 gün qalırlar və adətən birləşdirilmiş turlaraüstünlük verirlər.
Turizm sənayesi üzrə məlumat
Aparıcı turizm şirkətlərinin siyahısı
- China International Travel Service
Birbaşa uçuşlar

Bazarda əsas tədbirlər
- ITB China - Hər ilin may ayında
ATB tədbirləri
Azərbaycanda çinli turistlər: Əsas göstəricilər
Gəlmə göstəriciləri
2014-cü ildən 2019-cu ilə qədər Azərbaycana gələn Çinli turistlərin sayı 5,930-dan 25,542-yə qədər əhəmiyyətli dərəcədə artmış, bu dövr ərzində ümumi artım təxminən 330% təşkil etmişdir.
2021-ci ildən 2023-cü ilə qədər pandemiya sonrası bərpa prosesinə başlanmış, 2022-ci ildə gələnlərin sayı 99%, 2023-cü ildə isə 2022-ci ilə nisbətən 552% artmışdır ki, bu da güclü bərpa meylini göstərir. 2024-cü ildə Çinli turistlərin sayı artıq 44,798 nəfərə çatmışdır ki, bu da turist axınında güclü artım və onlar arasında Azərbaycana səyahətə marağın artdığını əks etdirir.
2025-ci ildə gələnlərin sayı 63 500 nəfərə çataraq, 2024-cü illə müqayisədə 41,7% artım göstərmişdir.

Mənbə: Dövlət Miqrasiya Xidməti
Səfərin məqsədi
2025-ci ildə Azərbaycana gələn çinlilərin 49%-i istirahət və əyləncə məqsədilə, 48%-i işgüzar məqsədlə, 3%-i isə tranzit keçid kimi səfər edib.
Ortalama xərcləmə
Orta hesabla, Çinli turistlər 2025-ci ildə Azərbaycanda 1,707 AZN xərcləyib, onların büdcəsinin 45%-i nəqliyyat xərclərinə, 22%-i yerləşmə xərclərinə və 19%-i isə yemək xərclərinə ayrılır.
Qalma müddəti
2025-cü ildə çinlilərin 49%-i Azərbaycanda 1-3 gecə, 34%-i 4-7 gecə, 10% isə 8-14 gecə qalıb
Ən çox ziyarət edilən regionlar
Çinlilərin 2025-ci ildə Azərbaycanda ən çox səfər etdikləri rayonlar Şəki, Qax, Quba və Qusar.
Turist üstünlükləri və maraqları
Çinli turistlər Azərbaycan Turizm Bürosu məhsulunun alt kateqoriyalarına aid olan tarixi tikililər, abidələr, muzeylər, qalereyalar və kitabxanalar, idman, etnik və mədəni kəndlər, kənd təsərrüfatı məhsulları, alış-veriş, üzüm bağları və şərab zavodları kimi müxtəlif mədəni və təbii təcrübələrə xüsusi maraq göstərirlər.
Azərbaycanın Çin bazarına maraqlı ola biləcək məhsulları bu şəkildə qruplaşdırıla bilər: "Hər kəsə uyğun" – ilk dəfə ziyarət edən hər bir turistin görməli və ya təcrübə etməli olduğu məhsullar, "Əlavələr" – uzunmüddətli və ya təkrarlanan ziyarətlərdə görülə və ya təcrübə edilə bilən məhsullar və "Xüsusi uyğunlaşdırılmış" – bazara xüsusilə uyğun hesab olunan məhsullar.
|
|
Hər kəsə uyğun
|
Əlavələr
|
Xüsusi uyğunlaşdırılmış
|
|
Tarixi binalar
|
- Şəki Xan məscidi və qəbiristanlığı
|
|
|
|
Abidələr
|
|
|
|
- Muzeylər, qalerayalar və kitabxanalar
|
- Milli Azərbaycan Tarixi Muzeyi
- Qobustan, Palçıq Vulkanları Turizm Kompleksi
|
|
|
|
|
|
|
|
|
|
- Qədim Şəki şəhəri (milli irs)
- Xınalıq kəndi (Qafqaz Albaniyası)
- Nic kəndi (Udi / Qafqaz Albaniyası)
|
- İvanovka kəndi (molokan rus sakinləri)
- Qırmızı Qəsəbə (dağ yəhudiləri)
|
|
|
Kənd təsərrüfatı məhsulları
|
|
|
|
|
Alış-veriş mərkəzi
|
|
|
|
|
Üzüm bağları və şərabçılıq
|
- Xəzər dənizi sahiliyanı ərazilər
|
|
|
Əlavə məlumat
Çinin xaricə gedən turizm axını proqnozları
Çinin turizm bazarında güclü artım trendləri gözə çarpır:
- Çinli turistlərin xaricə səyahət axınının 2031-ci ilə qədər 12,5% artaraq 279 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. 2030-cu ilə qədər Çinlilərin xaricə səyahətləri təxminən 228 milyona çatacaq. Yekun olaraq qeyd edək ki, çinli turistlər beynəlxalq istiqamətləri (xüsusilə pandemiyadan sonra) kəşf etməyə can atırlar və bu, Azərbaycan üçün bir destinasiya kimi fürsət ola bilər. (Mənbə: Çin Turizm Akademiyasının Hesabatı )
- Ən böyük beynəlxalq turizm mənbə bazarı: Xaricə ölkələrə səyahətlərin ötən il bərpa edilməsindən sonra Çin beynəlxalq turistlərin ən böyük səyahət mənbəyi olub. 144 ölkə və region Çin vətəndaşlarının qrup şəklində səyahət edə biləcəyi təyinat yerlərinə çevrilib.
- 2033-cü ildə Çinin turizm sənayesinin dəyərinin 4 trilyon ABŞ dollarına çatacağı və Çinin iqtisadiyyatının 14,1%-ni təşkil edəcəyi gözlənilir, həmçinin Çinli turistlər qlobal xarici turizm istehlakının 23,3%-ni təmin edəcək. (Mənbə: TTG Çin Xəbər)
- Ən böyük beynəlxalq turizm mənbə bazarı: Xarici ölkəyə səyahətlərin ötən il bərpasından bəri Çin beynəlxalq turistlərin ən böyük mənbəyi olub. 144 ölkə və region Çin vətəndaşlarının qrup şəklində səyahət edə biləcəyi təyinat yerlərinə çevrilib. (Mənbə: Xalqın Gündəlik Xəbəri )
Çin bazarında yer almaq üçün məsləhətlər
- Çin ticarətində dəqiqlik, münasibətlərin qurulması və ünsiyyətə (bu, Çin dilində ünsiyyəti nəzərdə tutur, çünki ingilis dilində danışan ticarət üzvləri nadir hallarda tapılır) xüsusi önəm verilir.
- Başlanğıc və sonrakı kommunikasiya üçün WeChat platforması üstünlük təşkil edir. Xüsusilə, ITB China, GITF kimi ticarət sərgiləri və yol şouları, üzbəüz görüşlər yüksək qiymətləndirilir.
- Ziyarət üçün əsas bazar mərkəzləri 1-ci dərəcəli şəhərlər olan Pekin, Şanxay, Quançjou və Şençjen, eləcə də Çendu, Çuntsin, Hangcou, Uhan, Suzhou, Sian, Nankin, Çanqşa, Tiencin, Zhençjou, Donquan, Qingdao, Kunmin, Ningbo və Xefei kimi yeni 1-ci dərəcəli şəhərlərdir.