Almaniya
ölkə profili
Aprel 2026-cı il
Almaniya Avropanın ən böyük xarici turizm bazarıdır və Azərbaycanın turizm sektoru üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Turizm Bürosu Almaniyadan həm istirahət, həm də işgüzar məqsədli səyahətçilərin sayını artırmaq məqsədilə Azərbaycanın zəngin mədəniyyətini, təbii gözəlliklərini, qonaqpərvərliyini və mətbəxini ön plana çıxarmağa çalışır. 2022-ci ildə hesablanmış 95,3 milyard ABŞ dollarından 2032-ci ilə qədər 241,4 milyard ABŞ dollarına qədər artacağı proqnozlaşdırılan turizm bazarı ilə Almaniyanın yüksək xərcləmə qabiliyyəti və səyahətə prioritet məsələ kimi yanaşması Azərbaycan üçün əhəmiyyətli imkanlar yaradır. Almanlar səyahət haqqında ətraflı məlumat axtarır və Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davamlı təkliflərə üstünlük verirlər.
Aprel – Pasxa bayramı
May – 1, 14, 19, 25, 30 - müxtəlif bölgələrdə tətillər
İyul-avqust – Yay tətili (məktəb tətili)
Milad – Yeni il – Dekabrın sonu
Alman turistlər əsasən 25-54 yaş arasındadır və əhəmiyyətli sayda təqaüdçülər (65+) tez-tez səyahət edir.
Yay və çimərlik tətili: Populyar istiqamətlərə İspaniya, İtaliya və Yunanıstan daxildir.
Şəhər turları: Həm ölkə daxilində, həm də Avropa daxilində sevilir.
Mədəni istirahət: Muzeylərə, tarixi yerlərə və görməli məkanlara yüksək maraq var.
Macəra və idman: Piyada yürüş, velosiped sürmə və xizək kimi fəaliyyətlər.
Qastronomik turlar: Yemək və şərab turlarına artan maraq.
Sağlamlıq və tibbi turizm: Spa müalicələri və tibbi prosedurlara maraq.
Eko turlar: Dayanıqlı və ekoloji səyahət imkanları yüksək dəyərləndirilir.
Kruizlər: Xüsusilə, Reyn və Dunay çayları boyunca kruizlər yaşlı səyahətçilər arasında populyardır.
LGBTQIA+ turlar: LGBTQIA+ dostsevər Almaniyada inklüziv səyahət təcrübələri axtarılır.
Davamlılıq: ekoloji cəhətdən təmiz variantlara üstünlük verirlər və daha artıq ödəməyə hazırdırlar.
Ətraflı planlama: Onlayn turizm agentlikləri, sosial media və şifahi şəkildə verilmiş məlumatlardan geniş şəkildə istifadə edərək araşdırma aparırlar.
Pulun dəyəri: Münasib və şəffaf qiymət siyasətini üstün tuturlar.
Təhlükəsizlik: Təhlükəsiz və stabil məkanları prioritet olaraq seçirlər.
Rahatlıq və keyfiyyət: Yüksək şəraitli yerləşmə yerlərinə və xidmətlərinə üstünlük verirlər.
2025-ci ildə orta tətil xərcləri adambaşına 1636 avro təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən təxminən 100 avro çoxdur.
Ailələr
Böyüklər
Cütlüklər
Dost qrupları
Sosial media (orta nəsil və ya Z nəslinin istifadə etdiyi Instagram, TikTok, Facebook)
Dostların tövsiyəsi (şifahi məlumat)
Onlayn səyahət agentlikləri (OTAs)
Səyahət agentlikləri
Alman turistlər adətən səfərlərini 6 ay əvvəlcədən rezervasiya edir. Lakin onların qərar qəbuletmə prosesi müxtəlif ola bilər:
Uzunmüddətli səfərlər üçün səfər və rezervasiyalarını bir ilə qədər əvvəlcədən planlaşdıra bilərlər.
Əhəmiyyətli tətil və ya beynəlxalq səfərlər üçün isə səfər və rezervasiyalarını 6 ay əvvəlcədən planlaşdıra bilərlər.
Qısamüddətli səyahət və ya son dəqiqə rezervasiyaları da geniş yayılmışdır, xüsusən də dəyişkən səyahət qiymətlərinə cavab olaraq, bəzi rezervasiyalar Avropada qiymətlərin artması səbəbindən 14 gün əvvəldən edilir.
Onlayn rezervasiyalar (49.6%)
Üzbəüz rezervasiyalar (36.1%)
Səyahət şirkətləri
Yaşayış yeri təminatçılarından birbaşa sifarişlər
Onlayn səyahət agentlikləri (OTAs): Expedia, Opodo
İxtisaslaşmış provayderlər: Hotels.com, Booking.com, Airbnb
Ən çox ziyarət edilən səyahət və turizm veb-saytları: bahn.de, booking.com, tripadvisor.de
Karavanlar və RV-lər: Şirkətlər — Reisebine, Camperbörse, Alacampa
Təhsil və öyrənmə səfərləri: Studiosus, Gebeco (o cümlədən GoExplore markası ilə gənclər/macəra səyahətləri)
Lüks/premium: Art of Travel, Design Reisen, Windrose, Kugler Reisen
2025-cü ildə Almanların əsas tətil müddəti orta hesabla 13 gün olub.
TUI Group
DER Touristik Group
Schauinsland-Reisen GmbH
Lufthansa Group
Emirates Group
Expedia Group
Booking Holdings Inc.
American Express Global Business Travel
CWT (Carlson Wagonlit Travel)

Hər ilin mart ayında Internationale Tourismus Börse (ITB Berlin)
Hər ilin may ayında IMEX Frankfurt
Almaniyadan Azərbaycana gələn turistlərin sayı 2014-cü ildə 13,838 nəfərdən 2019-cu ildə 20,494 nəfərə yüksələrək, bu dövrdə ümumilikdə təxminən 48% artım göstərmişdir.
2020-ci ildə COVID-19 pandemiyası səbəbindən gələnlərin sayı kəskin şəkildə, təxminən 83% azalmış və cəmi 3,529 nəfərə düşmüşdür.
2021-ci ildən etibarən isə bazarda güclü bərpa tendensiyası müşahidə olunmuşdur.
2025-ci ildə gələnlərin sayı 24,140 nəfərə çatmışdır ki, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 11% artıqdır və pandemiyadan əvvəlki səviyyənin ötüldüyünü və bazarın tam bərpa olunduğunu göstərir.

Mənbə: Dövlət Miqrasiya Xidməti
Azərbaycana gələn almanların 43%-i istirahət və əyləncə məqsədli, 45%-i isə işgüzar səfərlər edir.
Orta hesabla, alman turist Azərbaycanda 1,980.98 AZN xərcləyir. Xərclərin məqsədlər üzrə bölgüsü aşağıdakı kimidir:
· nəqliyyat üzrə - 45%
· yaşayış üzrə - 20%
· qida üzrə - 20%
· alış-veriş (hədiyyə, suvenir) üzrə - 10%
2025-ci ildə almanların 45%-i Azərbaycanda 1-3 gecə, 36%-i isə 4-7 gecə qalıb.
Bakı istisna olmaqla, alman turistlərinin Azərbaycanda ən çox ziyarət etdiyi bölgələr Qusar, Quba, Qəbələ v Şəkidir.
Alman turistləri ATB məhsulunun alt kateqoriyaları olan tarixi binalar, abidələr, muzeylər, qalereyalar və kitabxanalar, teatrlar, mədəniyyət və opera evləri və yürüyüşlərlə əlaqəli müxtəlif mədəni və təbii təcrübələrə güclü üstünlük verirlər.
Azərbaycanın alman bazarı ilə əlaqəli məhsulları "Hər kəsə uyğun" – ilk dəfə ziyarət edən hər bir turistin görməli və ya təcrübə etməli olduğu məhsullar, "Əlavələr" – uzunmüddətli və ya təkrarlanan ziyarətlərdə görülə və ya təcrübə edilə bilən məhsullar və "Xüsusi uyğunlaşdırılmış" – bazara xüsusilə uyğun hesab olunan məhsullar olaraq qruplaşdırıla bilər.
|
|
Hər kəsə uyğun |
Əlavələr |
Xüsusi uyğunlaşdırılmış |
|
Abidələr |
Heydər Əliyev Mərkəzi Qız qalası “Diri Baba” türbəsi Atəşgah məbədi Alov qüllələri |
|
|
|
Tarixi binalar və məkanlar |
Qobustan petroqlifləri İçərişəhər Kiş Alban məbədi Şəki Xan sarayı Şəki Xan məscidi və qəbiristanlığı Yuxarı Karvansaray |
Yanardağ |
Viktor Klaynın evi (Göygöl) Göygöl Lüteran kilsəsi (Göygöl) Almanların şərab zirzəmiləri (Şəmkir) Simens körpüləri (Gədəbəy) Simens binası (Gədəbəy) |
|
Haykinq |
Şahdağ Milli Parkında haykinq cığırları Hirkan gölünün kənarında gəzintilər və yerli çayxanalar |
Göygöl Milli Parkında dağ gölləri üzrə yürüş cığırları |
Transqafqaz cığırı Laza-Laza haykinq cığırı Zəngilan Milli Parkında hayking cığırları (Naxçıvan) Gədəbəy – Daşkəsən |
|
Muzeylər, qalereyalar və abidələr |
Heydər Əliyev Mərkəzi Şirvanşahlar Sarayı Kompleksi Azərbaycan Milli Xalça Muzeyi Milli Azərbaycan Tarixi Muzeyi Qobustan |
Müasir İncəsənət Muzeyi |
Şəmkir Lüteran kilsə-muzeyi |
|
Etnik və mədəni kəndlər |
Qədim Şəki (milli irs) Xınalıq kəndi (Qafqaz Albaniyası) Nic kəndi (Udin / Qafqaz Albaniyası) |
Basqal qəsəbəsi (milli irs) Sım kəndi (Talış) İvanovka kəndi (rus, molokan) Qırmızı qəsəbə (dağ yəhudiləri) |
Şəmkir şəhəri, alman məhəlləsi Göygöl şəhəri, alman məhəlləsi |
|
İncəsənət və sənətkarlıq
|
Xalça toxuma sənəti üzrə master-klas Lahıcda dəmirçilik sənəti üzrə master-klas Şəkidə şəbəkə sənəti üzrə master-klas |
Muğam Mərkəzində mədəniyyət təcrübəsi |
Basqalda kəlağayı hazırlanması üzrə master-klas |
Almaniya turizm sektorunda 2026-cı ildə böyük bir canlanma olacağı gözlənilir.
Deutscher Reiseverband (DRV) proqnozuna görə, Almaniya vətəndaşları bu il tətil və səyahətlərə təxminən 86 milyard avro xərcləyəcəklər. Nəticə etibarilə, 2025/26 turizm ilində ən azı bir gecələmə ilə tətil və istirahət səyahətləri bazarında dövriyyə təxminən 3% artacaq. Bu artım həm paket, həm də fərdi olaraq təşkil olunmuş tətillərə, xüsusən də Aralıq dənizi istiqamətlərinə, uzun məsafəli yerlərə və kruizlərə güclü tələbatla əlaqədardır. Xüsusilə, erkən rezervasiyalar artıb ki, bu da tətillərin əvvəlcədən planlaşdırılmasına doğru bir dəyişikliyi göstərir.
Alman bazarında yer almaq üçün ən yaxşı məsləhətlər
Əlaqələrin idarə edilməsi: Sadiqlik və topdan satıcılarla güclü əlaqələr qurmaq çox vacibdir.
Satış zəngləri üçün ən yaxşı vaxt: ITB tədbirindən sonra, martın sonlarından iyula qədər olan dövr.
İlkin və sonrakı yazışmalar üçün e-mail üstünlük təşkil edir. ITB Berlin kimi ticarət sərgiləri zamanı üz-üzə görüşlər yüksək qiymətləndirilir. Virtual görüşlər və video zənglər də qəbul edilir. Bütün ünsiyyətin aydın, peşəkar və vaxtında olduğundan əmin olun.
Ziyarət üçün əsas bazar mərkəzləri: Frankfurt, Münhen, Düsseldorf, Hannover, Hamburq, Trier və Geldern.