Aprel 2026
Bazarla bağlı xüsusi məlumat
Azərbaycan üçün əhəmiyyəti
Malayziya bazarı Azərbaycan turizmi üçün yüksək potensiala malik inkişaf edən bazarlardan biridir. 2025-ci ilin əvvəlində Malayziyadan gələn turist sayında illik müqayisədə 36% artım qeydə alınmışdır. Viza baxımından əlverişli əsas tərəfdaş olan Malayziyada Azərbaycana marağın artması müşahidə olunur və ölkənin mədəni, tarixi, eləcə də kulinariya təcrübələrinə tələb yüksəlməkdədir.
Əsas bayramlar
Yeni il – 1 yanvar
Çin Yeni ili (tarix hər il dəyişir) – yanvar/fevral
Hari Raya Aidilfitri (Ramazan bayramı) – mart/aprel
Əmək Günü – 1 may
Hari Raya Haji (Qurban bayramı) – may/iyun
Vesak Günü – may/iyun
Yang di-Pertuan Agong-un doğum günü – iyun
Awal Muharram (İslam Yeni ili) – iyul/avqust
Peyğəmbər Məhəmmədin Mövludu – sentyabr
Malayziya Günü – 16 sentyabr
Deepavali – oktyabr/noyabr
Milad Günü – 25 dekabr
Turist məlumatı
Turist profili
Malayziyalı turistlər əsasən 25–45 yaş aralığında olan millenniallar və gənc peşəkarlar qrupuna aiddir. “Z” nəslinin nümayəndələri isə daha intensiv səyahət edən əsas seqmentlərdən biri kimi çıxış edir. Səfərlərin başlıca motivasiyası istirahət və rekreasiya məqsədli turizm səfərləridir (91.3%). Ən çox seçilən istiqamətlər sırasında Tayland, İndoneziya, Sinqapur, Vyetnam, Yaponiya və Cənubi Koreya yer alır.
İstirahət növləri
- Şəhər, mədəniyyət və qastronomiya turizmi: yerli küçə yeməklərinin dadına baxmaq, mədəni məkanları ziyarət etmək və müxtəlif ənənələri kəşf etmək əsas motivasiyalar sırasındadır.
- Alış-veriş və istirahət: alış-veriş istiqamət seçimi zamanı əsas amillərdən biridir. Bir çox turist alış-veriş imkanları ilə yanaşı, şəhər və çimərlik istirahətini də üstün tutur.
- Ailə üzvləri və yaxınlar ilə səyahət: səfərlər əsasən məktəb tətili dövrlərinə təsadüf edir və bu, ailə yönümlü səyahətlərə olan yüksək marağı göstərir.
- Büdcəyə qənaətcil yanaşma: səyahət qərarları əsasən büdcə, endirimlər və turizm kampaniyalarının təsiri altında formalaşır.
- Əsas səyahət davranışları: onlayn səyahət agentliklərindən, eləcə də aviaşirkət və hotel saytları vasitəsilə birbaşa rezervasiyalardan geniş şəkildə istifadə olunur.
Üstünlüklər
- Sərfəlilik: malayziyalılar səyahət qərarı verdikləri zaman büdcəyə xüsusi diqqət yetirirlər.
- Qiymət-keyfiyyət nisbəti (21.7%): qiymət və keyfiyyət arasında balans təmin edən istiqamətlərə üstünlük verilir.
- Qastronomiya (21.0%): yerli və autentik təamların dadına baxılması əsas fəaliyyətlərdən biridir.
- Tarixi irs (16.3%): tarixi və mədəni irsə malik məkanlara maraq yüksəkdir.
- Vəhşi təbiət (13.7%): xaricə səyahətlərdə vəhşi təbiətə üstünlük verilməsi, məsuliyyətli və ekologiya yönümlü turizm yanaşmasını əks etdirir.
- Alış-veriş imkanları (9.2%): malayziyalıların xaricə səyahətləri zamanı alış-verişə üstünlük verməsi müşahidə olunur. Səyahətçilər əsasən yerli bazarda daha baha, daha aşağı keyfiyyətli və ya ümumiyyətlə əlçatan olmayan lüks məhsullar, dəriyə qulluq vasitələri, geyim və elektronika məhsullarının alınmasına fokuslanırlar. Bu davranış onların valyuta dəyərindən maksimum fayda əldə etmək istəyindən irəli gəlir.
- Müasir şəhərlər (6%): səyahətçilər ən çox müasir və yüksək texnologiyalı şəhərlərə üstünlük verirlər. Bu seçim səmərəli nəqliyyat sistemi, təhlükəsiz mühit və yüksək keyfiyyətli alış-veriş və qastronomiya təcrübələrinə olan tələbatla bağlıdır.
Ortalama xərcləmə
Malayziyalı turistlər bir səfər ərzində orta hesabla 1,400–1,500 ABŞ dolları xərcləyirlər. Orta səyahət müddəti adətən 7 gün və ya daha qısa olur.
Səyahət edən əsas kütlə
- Ailələr
- Dostlar
- Cütlüklər
- Tək səyahət edənlər
- Qrup şəklində səyahət edənlər
Məlumat mənbəyi
- Şəxsi və sosial media tövsiyələri (60.2%): dost və ailə tövsiyələri, sosial media
- Onlayn turizm agentlikləri (27.9%): Agoda, Booking.com, Traveloka, AirAsia MOVE, Expedia Group, Trip.com
- Hotel və aviaşirkət saytları (8.6%): Agoda.com, Booking.com, Traveloka.com, AirAsia Hotels, Skyscanner, Trivago, AirAsia, Malaysia Airlines, Firefly
- Turizm agentlikləri (8.3%): Mayflower Holidays, Apple Vacations, Sri Sutra Travel, Golden Destinations
Planlama və səyahətlə bağlı qərarvermə müddəti
Malayziyalı turistlərin əksəriyyəti səfərlərini 1–3 ay əvvəl planlaşdırır (39,0%). Digər əhəmiyyətli seqment səfərlərini 4–6 ay əvvəl təşkil edir (28,5%). Nisbətən kiçik bir qrup isə səfərlərini bir aydan az müddət qalmış planlaşdırır.
Satınalma vasitələri
- Şəxsi və sosial media tövsiyələri
- Onlayn turizm platformaları və turizm agentlikləri
- Hotel və aviaşirkət saytları vasitəsilə birbaşa rezervasiya
Xüsusi maraq turizmi
- Sosial media və rəqəmsal təsir: Instagram, TikTok, YouTube və Facebook əsas ilham mənbələridir.
- Rəqəmsal platforma təsirçilərinin tövsiyələri: malayziyalı turistlər rəqəmsal platforma təsirçilərinin paylaşdığı marşrutları, hotelləri və restoranları seçməyə meyllidirlər.
- Sosial media reklamları: sosial şəbəkələrdə yayımlanan turizm reklamları səfər qərarlarına təsir göstərir.
- Mədəniyyət və əyləncə təsiri
- Onlayn icmalar və rəylər
Səyahət müddəti
Malayziyalı turistlər beynəlxalq səfərlərə orta hesabla 7 gün ayırırlar. Asiya daxilində qısa səyahətlər, Avropa və Avstraliya kimi uzaq istiqamətlərə isə daha uzun müddətli səfərlər üstünlük təşkil edir.
Turizm sənayesi haqqında
Aparıcı turizm şirkətlərinin siyahısı
- Agoda
- Genting Group
- Mayflower Holidays
- Borneo Eco Tours
- Apple Vacations
- Parlo Tours
- Malaysian Harmony Tour & Travel
Birbaşa uçuşlar
Hazırda Malayziya (Kuala Lumpur) ilə Azərbaycan (Bakı) arasında birbaşa uçuşlar mövcud deyil. Ən çox istifadə olunan tranzit aviaşirkətlər siyahısına Air Arabia, Turkish Airlines, Emirates və Flydubai daxildir. Ən sürətli marşrutların ümumi uçuş müddəti təxminən 11–15 saatdır.
Bazardakı əsas tədbirlər
- Global Travel Meet (GTM)
- MATTA Fair
- Tourism Malaysia Networking Events
- Kuala Lumpur Travel Mart (KLTM)
Malayziyalı turistlər Azərbaycanda: əsas göstəricilər
Gəlişlər
2025-ci ildə Malayziyadan Azərbaycana gələn turistlərin sayı 3 051 nəfərə çatmış və əvvəlki illə müqayisədə 24% artım qeydə alınmışdır.

Turist maraqları və üstünlükləri
- Mədəni və tarixi məkanlar: UNESCO irsi obyektləri, Qız qalası və Şirvanşahlar sarayı
- Əyləncə və fəaliyyətlər: alış-veriş və əyləncə mərkəzləri
- Şəhər mənzərələri və müasir memarlıq: Bakıda müasir memarlıq ilə qədim tikililərin kontrastı
- Təhlükəsiz mühit: müsəlman əhalinin üstünlük təşkil etdiyi, yüksək təhlükəsizlik standartları və qonaqpərvər insanları ilə tanınan istiqamət

Əlavə məlumat
Malayziya üzrə xarici turizm proqnozu
- 2024-cü ildə malayziyalıların 69%-i xaricdə tətil planlaşdırmışdır.
- 2025-ci ildə xarici turizm göstəricilərində 10.2% artım qeydə alınmışdır.
- Tayland, İndoneziya, Vyetnam, Yaponiya, Sinqapur, Cənubi Koreya və Türkiyə ən populyar istiqamətlər olmuşdur.
- İstiqamətin cəlbediciliyi (41.9%), büdcəyə uyğunluğu (25.3%) və fəaliyyət imkanları (24.9%) əsas seçim faktorlarıdır.
- Xarici səfərlərin əsas məqsədi istirahət və tətil olmuşdur (91%).
Malayziya bazarı üzrə tövsiyələr
• İngilis dili Malayziyada, xüsusilə şəhər ərazilərində, ticarət, kommersiya və korporativ biznes sahələrində əsas ünsiyyət dili kimi çıxış edir. Bununla yanaşı, rəsmi dil kimi Bahasa Malayziya yerli marketinq, istehlak satışları və rəsmi sənədləşmə sahələrində getdikcə daha geniş istifadə olunur. Gündəlik və lokallaşdırılmış ticarət mühitində Mandarin/Çin dialektləri, Tamil və yerli ingilis/malay dialektlərinin qarışıq istifadəsi geniş yayılmışdır.
• WhatsApp ilkin və sonrakı kommunikasiya üçün üstünlük verilən platformadır.
• Malayziyanın əsas bazar mərkəzlərinə Kuala Lumpur, maliyyə və xidmət sektoru üzrə “Klang Valley” (Kuala Lumpur/Selanqor), elektronika üzrə “Silikon Vadisi” kimi tanınan Penanq və Sinqapurla sıx logistika əlaqəsinə malik əsas mərkəzlərdən biri olan “Johor Bahru” daxildir. Digər mühüm ticarət, istehsal və sənaye mərkəzləri Perak, Sabah və Saravak bölgələridir; bu ərazilərdə ixrac potensialını artıran azad ticarət zonaları fəaliyyət göstərir.