• azerbaijan.travel
  • sta.gov.az
  • press&media
  • tourismboard.az
    sta.gov.az azerbaijan.travel press&media
  • Azərbaycanca
    English Azərbaycanca
  • haqqımızda
    strategiya struktur regional ofislər
  • Azərbaycan destinasiyası
    brend haqqında nəşrlər turizm üzrə vahid məlumat bazası turizm şirkətləri turizm informasiya məntəqələri
  • beynəlxalq bazarlar
    hədəf bazarları tədbirlər
  • işgüzar tədbirlər
    Azərbaycan İşgüzar Tədbirləri haqqında tərəfdaşlar
  • turizm sənayesi
    hotellərin ulduz təsnifatı bələdçilərin sertifikatlaşdırılması

Polşa

ölkə profili

Azerbaijan Tourism Board

Please select your language of preference.

Mart, 2025-ci il

 

Bazarla bağlı xüsusi məlumat

Azərbaycan üçün əhəmiyyəti

Polşa, Azərbaycanın turizm sektoru üçün mühüm bazarlardan biridir. Bu ölkədən gələn turistlərin sayı ildən-ilə artır və onlar əsasən mədəniyyət, təbiət və sərfəli səyahət təcrübələri ilə maraqlanırlar. Polyak turistlər üçün münasib qiymət və yüksək keyfiyyət prioritet olduğundan, Azərbaycanın qədim tarixi və zəngin təbiət mənzərələri ölkəmizi onlar üçün cəlbedici destinasiyaya çevirir. Onların mədəniyyət və qastronomiya turizminə artan marağı isə Azərbaycanın mədəni-tarixi irsi və özünəməxsus dadlar dünyası ilə mükəmməl ahəng təşkil edir.

Əsas tətil günləri

  • Qış tətilləri
  • Aprelin sonu: Pasxa bayramı zamanı
  • 1, 3 May
  • İyul-avqust: Məktəblərdə yay tətili
  • Dekabrın sonu: Milad və Yeni il

 

Turist məlumatı

Turist profili

Polyak səyahətçilər müxtəlif yaş qruplarını əhatə etsə də, onların əsas hissəsini subaylar və övladı olmayan cütlüklər, uşaqlı ailələr, eləcə də 60-75 yaş arası insanlar təşkil edir. Subaylar və övladı olmayan cütlüklər adətən ildə 2-4 dəfə səyahət edir və əsasən passiv istirahətə üstünlük verirlər. Yetkin övladları olan ailələr isə daha çox aktiv istirahətə maraq göstərirlər. Yaşlı turistlər əsasən həyat yoldaşları ilə birlikdə səyahət edir və əvvəlcədən təşkil olunmuş turları seçirlər.

Tətil növləri

  • Yay və çimərlik tətili: Bütün yaş qrupları arasında geniş populyarlığa malikdir və ümumilikdə polyak turistlərin 61%-i bu istirahət növünə maraq göstərir. Ən yüksək tələbat 55–64 yaş aralığında müşahidə olunur (76%), daha sonra 18–24 yaş arası gənclər (58%) və 35–44 yaş qrupu (57%) gəlir. Çimərlik tətilləri üçün polyak səyahətçilər adətən İspaniya, İtaliya, Türkiyə və Misiri üstün tuturlar.
  • Mədəni istirahət və qastronomik turlar: Bütün yaş qrupları arasında ən çox seçilən tətillərdən biridir — ümumilikdə polyak səyahətçilərin 49%-i bu təcrübələrə üstünlük verir. Yaş artdıqca maraq da artır və bu göstərici 55–64 yaş aralığında 64%-ə çatır.
  • Macəra və idman tətili: Təbiət və macəra fəaliyyətləri, məsələn, kayak və yürüş, ümumilikdə səyahətçilərin 36%-ni cəlb edir və ən yüksək maraq 25–34 yaş aralığında (46%) müşahidə olunur. Sörf və velosiped sürmə kimi idman fəaliyyətləri isə daha az populyardır. Səyahətçilərin yalnız 19%-i — əsasən 25–34 yaş arası şəxslər — macəra və idman tətilinə üstünlük verirlər.
  • Alış-veriş: Səyahət təcrübəsinin əhəmiyyətli bir hissəsidir və səyahətçilərin 27%-i bu fəaliyyətə maraq göstərir. Ən yüksək iştirak 35–44 yaş (39%) və 45–54 yaş (38%) aralığında müşahidə olunur.
  • Sağlamlıq və tibbi turizm: Digər səyahət motivasiyaları ilə müqayisədə nisbətən az yayılmışdır. Ümumilikdə səyahətçilərin 12%-i yoqa və SPA müalicələri kimi sağlamlıq fəaliyyətlərində iştirak edir. Bu sahəyə maraq 45–54 yaş aralığında ən yüksəkdir (19%).
  • Haykinq: Xüsusilə təbiət həvəskarları və aktiv səyahətçilər arasında getdikcə daha çox populyarlıq qazanır. Polyak turistlərin təxminən 30%-i haykinqə maraq göstərir, ən yüksək iştirak isə 25–44 yaş aralığında müşahidə olunur. Populyar destinasiyalar arasında Tatra, Alp və Karpat dağlarını misal çəkmək olar.

 

Üstünlüklər

  • Sərfəlilik: Polyak səyahətçilərin 65%-i təyinat yerlərini seçərkən sərfəliliyi ön planda tutur ki, bu da qlobal ortalamadan (58%) daha yüksək göstəricidir.
  • Tövsiyələr: Şəxsi tövsiyələr polyak turistlərin 51%-nin destinasiya seçiminə təsir göstərir. Bu, həm şifahi məlumat mübadiləsinin, həm də sosial şəbəkələrin əhəmiyyətini vurğulayır.
  • Təhlükəsizlik: Sabitlik və təhlükəsizlik destinasiya seçimində əsas amillərdən biridir.
  • Rahatlıq və keyfiyyət: Polyak səyahətçilər yüksək keyfiyyətli qonaqlama və xidmətə üstünlük verirlər. Bir çoxu isə fərdi təcrübələrini zənginləşdirmək üçün səyahətlərini müstəqil şəkildə planlaşdırmağa üstünlük verir.

Ortalama xərcləmə

2024-cü ildə polyak turistlər yüksək keyfiyyətli yerləşməyə üstünlük veriblər. Onların 37%-dən çoxu beşulduzlu hotelləri, 85%-dən çoxu isə “hər şey daxil” paketlərini seçib. Bu lüks seçimlərə baxmayaraq, bir nəfər üçün orta tətil xərci əvvəlki illə müqayisədə bir qədər azalıb. Orta əməkhaqqının artması nəticəsində səyahətlər daha əlçatan olub.

Səyahət edən əsas kütlə

●          Ailələr

●          Cütlüklər

●          Dost qrupları

 

Məlumat mənbəyi

  • Sosial şəbəkələr (“Milleniallar” və “Z nəsli” üçün Instagram, TikTok, Facebook)
  • Dostların tövsiyələri (Şifahi məlumat)
  • Səyahət agentlikləri
  • Onlayn səyahət agentlikləri
  • Onlayn səyahət qrupları və forumlar
  • Televiziya: TVN, Polsat, TVP
  • Radio: Polskie Radio, RMF FM, Radio Zet
  • Qəzet: Gazeta Wyborcza, Rzeczpospolita
  • Onlayn media: Onet.pl, WP.pl, Interia.pl

 

Planlama və səyahətlə bağlı qərarvermə müddəti

Polyak səyahətçilər adətən tətillərini 3-6 ay əvvəlcədən bron edirlər, lakin bu zaman aralığı dəyişə bilər:

  • Yay tətilləri əsasən yanvar–aprel ayları arasında planlaşdırılır və bron edilir.
  • Qış və Yeni il səfərləri adətən 3–4 ay əvvəlcədən planlaşdırılır, bronlar isə sentyabr–noyabr aylarında həyata keçirilir.
  • Qısa şəhər turları və həftəsonu səfərləri adətən 1–2 ay əvvəlcədən bron olunur.
  • Son dəqiqə bronları isə əsasən səfərdən 2–4 həftə əvvəl edilir – xüsusilə endirimli təkliflər və spontan səyahətlər zamanı.

 

Alış-veriş vasitələri

 

  • Polşada səyahətlərin 51%-i vətəndaşlar tərəfindən müstəqil şəkildə təşkil olunur.
  • 33%-i turagentliklər və turoperatorlar vasitəsilə həyata keçirilir.
  • Qalan 15%-i isə qarışıq formada – həm vətəndaşların özləri, həm də turagentliklər və turoperatorların iştirakı ilə planlaşdırılır.

 

Paylama sistemləri

  1. Onlayn səyahət agentlikləri (OTA-lar):
    eSky, Wakacje, Rainbow
  2.   İxtisaslaşmış provayderlər:
    Hotels.com, Booking.com, Airbnb
  3. Ən çox ziyarət edilən səyahət və turizm veb-saytları:
    Booking.com, Wakacje.pl, Skyscanner.pl

 

Səyahət müddəti

Polyak səyahətçilər xüsusilə yay aylarında 7–14 günlük tətillərə üstünlük verirlər. Destinasiyalar adətən Avropa daxilində, xüsusilə Cənubi Avropa ölkələrində yerləşir. İspaniya və Yunanıstan çimərlik tətilləri üçün ən çox seçilən ölkələrdir.

Ənənəvi olmayan mövsümlərdə – yaz və payız aylarında – səyahətlərin müddəti adətən 5–7 gün təşkil edir ki, bu da yay dövrü istisna olmaqla, qısa səyahətlər üçün tipik hesab olunur.

Polyak turistləri ailəvi tətilləri isə əsasən Milad və Yeni il bayramları ərəfəsində təşkil edir və bu səfərlər adətən 5–10 gün davam edir.

Səyahət ticarət məlumatı

Aparıcı turizm şirkətlərinin siyahısı:

  • Anex Poland (Orex Travel Sp.)
  • Join up!
  • TUI Poland
  • Coral Travel/ Wezyr Holidays
  • EXIM Tours
  • ITAKA Poland
  • Rainbow

 

Birbaşa uçuşlar

Hava nəqliyyatı ilə bağlı ən son məlumatları Dövlət Turizm Agentliyinin interaktiv lövhəsində izləmək olar.

Bazarda əsas tədbirlər

  • TT Warsaw – hər il noyabr ayında keçirilir
  • ITTF Warsaw – hər il aprel ayında keçirilir

ATB tədbirləri

Polyak turistlər Azərbaycanda: əsas statistikalar və anlayışlar

Polyak turistlərin sayının dinamikası

2014-cü ildən 2019-cu ilə qədər Polşadan Azərbaycana gələn turistlərin sayı davamlı olaraq artmışdır. Bu müddət ərzində göstərici 4,209 nəfərdən 6,612 nəfərə yüksəlmiş, yəni təxminən 57% artım qeydə alınmışdır.

2020–2021-ci illərdə isə COVID-19 pandemiyası səbəbindən rəqəmlər əhəmiyyətli dərəcədə azalmışdır. Lakin 2022-ci ildən etibarən əvvəlki dinamika bərpa olunmağa başlamışdır:

  • 2022-ci ildə əvvəlki ilə nisbətən 82,5% artım,
  • 2023-cü ildə isə 82,7% artım müşahidə olunmuşdur.

Bu göstəricilər güclü bərpa tendensiyasını əks etdirir və 2024-cü ildən etibarən pandemiya öncəsi səviyyələrin aşılması müşahidə edilir.

Mənbə: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Statistika

Səfərin məqsədi

Azərbaycan polyak turistlər üçün əsasən istirahət və tanışlıq məqsədli bir destinasiyadır. Ziyarətçilərin təxminən 75%-i ölkəyə mədəniyyət və təbiət mənzərələri ilə tanış olmaq üçün gəlir.

İşgüzar səfərlər də əhəmiyyətli yer tutur və ümumi gəlişlərin 18%-ni təşkil edir ki, bu da Polşa ilə Azərbaycan arasında artmaqda olan iqtisadi əlaqələrin göstəricisidir.

Ailə ziyarətləri, alış-veriş və digər fərdi səbəblərlə gələnlərin sayı nisbətən az olsa da, bu kateqoriyalar ümumi ziyarətçi tərkibinə müxtəliflik və zənginlik qatır.

 

Ortalama xərcləmə

Polşada bir turistin xərcləri aşağıdakı kimi bölüşdürülür:

  • 10.5% – hədiyyə və suvenirlərin alınmasına
  • 41.2% – nəqliyyata
  • 19.5% – qidaya
  • 23.7% – qonaqlamaya
  • 5.2% – digər müxtəlif xərclərə

Ümumilikdə, 2024-cü ildə bir turistin orta xərci 1,758.5 AZN təşkil etmişdir.

Qalma müddəti

2024-cü ildə ziyarətçilərin əksəriyyəti (44%) 1-3 gecə qalmağı seçib, 34%-i isə 4-7 gecəlik qalmağa üstünlük verib.

Ən çox ziyarət edilən regionlar

Bakı istisna olmaqla, Polşa turistləri üçün Azərbaycanda ən çox ziyarət olunan bölgələr Quba, Qusar və Qəbələdir. Gəncə şəhəri də xeyli sayda polyak ziyarətçini cəlb edən məkanlardan biridir.

Turist üstünlükləri və maraqlar

Polşa turistləri ATB-nin məhsul alt kateqoriyalarına aid olan tarixi binalar, abidələr, muzeylər, qalereyalar və kitabxanalar, teatrlar, mədəniyyət və opera evləri, eləcə də yürüş fəaliyyətləri ilə bağlı müxtəlif mədəni və təbii təcrübələrə böyük maraq göstərirlər.

Azərbaycanın Polşa bazarına uyğun məhsulları aşağıdakı qruplara bölünə bilər:

 

“Hər kəsə uyğun” – İlk dəfə Azərbaycana səfər edən ziyarətçilər üçün nəzərdə tutulmuş, mütləq görülməli və ya təcrübə edilməli əsas məhsul və marşrutlar.

“Yenidən bax” – Daha uzunmüddətli və ya təkrar səfərlər zamanı təklif edilə bilən, az tanınan, lakin dəyərli təcrübələr və istiqamətlər.

“Xüsusi uyğunlaşdırılmış” – Polşa bazarının spesifik maraqlarına və tələblərinə uyğun olaraq hazırlanmış, hədəfli məhsullar və fərdi yanaşma tələb edən təcrübələr.

 

 

Hər kəsə uyğun

Yenidən bax

Xüsusi uyğunlaşdırılmış

Abidələr

  • Heydər Əliyev Mərkəzi
  • Qız qalası
  • “Diri Baba” türbəsi
  • Atəşgah məbədi
  • Alov qüllələri

 

 

Tarixi binalar və ərazilər

  • Qobustan petroqlifləri
  • İçərişəhər
  • Kiş Alban məbədi
  • Şəki Xan Sarayı
  • Şəki Xan məscidi və qəbiristanlığı
  • Şəki Yuxarı Karvansaray
  • Yanardağ
  • Bakı Şəhər İcra Hakimiyyəti binası
  • İsmailiyyə sarayı
  • Səadət sarayı
  • Polyak memarlar küçəsi
  • Mühəndis Pavel Pototskinin məzarı

 

Haykinq

  • Şahdağ Milli Parkında haykinq
  • Hirkan gölü sahilində yürüş və yerli çayxanalar
  • Göygöl Milli Parkında dağ göllərinə haykinq
  • Transqafqaz haykinq yolu
  • Laza-Laza haykinq yolu

 

Muzeylər, qalereyalar, kitabxanalar

  • Heydər Əliyev Mərkəzi
  • Şirvanşahlar Muzeyi
  • Xalça Muzeyi
  • Milli Tarix Muzeyi
  • Palçıq Vulkanları Turizm Kompleksi
  • Müasir İncəsənət Muzeyi

 

Etnik və mədəni kəndlər

  • Şəki qədim şəhər (milli irs)
  • Xınalıq kəndi (Qafqaz Albaniyası)
  • Nic kəndi (Udin / Qafqaz Albaniyası )
  • Basqal kəndi (milli irs)
  • Sım kəndi (Talış)
  • İvanovka kəndi (Rus, molokan)
  • Qırmızı qəsəbə (Dağ yəhudiləri)

 

İncəsənət və sənətkarlıq

 

  • Xalçaçılıq master-klası
  • Lahıcda misgərlik master-klası
  • Şəkidə şəbəkə master-klası
  • Muğam Mərkəzi

 

 

Əlavə məlumat

Polşa bazarında yer almaq üçün ən yaxşı məsləhətlər

  • Əlaqələrin idarə edilməsi çox önəmlidir; Polşa topdansatışçıları və turagentlikləri ilə etibar yaratmaq əsasdır. Uzunmüddətli tərəfdaşlıqlara dəyər verilir. Şəxsi əlaqələr önəmlidir — tez-tez əlaqə saxlamaq və etibarlılıq qarşılıqlı inam təsis etməyə kömək edir.
  • Əlaqələrin qurulması üçün ideal dövr aprel ilə iyul ayları aralığıdır. Bu dövr pik yay sifarişlərindən əvvəlki zamanı əhatə edir. İkinci dərəcəli əlaqə qurma dövrü isə sentyabr ilə noyabr ayları arasındadır, bu zaman Polşa agentlikləri qış və Yeni il tur paketləri üçün planlar hazırlayır.
  • İlkin və davamlı əlaqələr üçün e-poçta üstünlük verin. Xüsusən ticarət sərgiləri və B2B şəbəkələşmə tədbirlərindəki üzbəüz görüşlər yüksək qiymətləndirilir. Virtual görüşlər və videozənglər də qəbul edilir. Bütün əlaqələrin aydın, peşəkar və vaxtında olmasına diqqət yetirin.
  • Ziyarət edilməli olan əsas bazar mərkəzləri Varşava, Krakov, Poznan, Vrotslav, Qdansk və Katovitse şəhərləridir.

  • Haqqımızda
  • strategiya
  • karyera
  • tədbirlər
  • tenderlər
  • Azərbaycan destinasiyası
  • nəşrlər
  • brend haqqında
  • hədəf bazarları
  • İşgüzar tədbirlər
  • Azərbaycan İşgüzar Tədbirləri haqqında
  • tərəfdaşlar

© Bütün hüquqlar qorunur 2025. Azərbaycan Turizm Bürosu.

bizimlə
əlaqə qurun

[email protected]

əlaqə saxlayın

Azərbaycan Turizm Bürosu
Üzeyir Hacıbəyli küçəsi, 134
AZ1010, Bakı, Azərbaycan.

© Bütün hüquqlar qorunur 2025. Azərbaycan Turizm Bürosu.