Azərbaycan Turizm Bürosu (ATB) “Absheron Hotel Group” (AHG) ilə birlikdə 12–16 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən M&I Forum Flagship Antalya tədbirində iştirak edib.
Bu ilki forumda Avropa və Böyük Britaniyadan 120-dən çox alıcı iştirak edib və hər bir iştirakçı masa üzrə 40-a yaxın görüş keçirilib.
M&I Forum işgüzar tədbirlər sənayesində uzunmüddətli əlaqələrin qurulması, yeni əməkdaşlıq imkanlarının qurulması və ölkənin beynəlxalq işgüzar tədbirlər üçün əsas destinasiya kimi tanıdılması baxımından mühüm platforma rolunu oynayıb.
İşgüzar tədbirlər sənayesin aparıcı qlobal şəbəkələşmə tədbirlərindən biri olan M&I Flagship Forums aparıcı işgüzar tədbirlərin potensial sifarişçilərini və təchizatçılarını ikitərəfli görüşlər və geniş şəbəkələşmə üçün bir araya gətirir.