14 iyl 2025
Azərbaycan Turizm Bürosu Serbiyanın Belqrad şəhərində keçirilən Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası (ICCA) Aralıq dənizi İllik Regional Görüşündə (Mediterranean Annual Chapter Meeting) iştirak edib.
Regionun müxtəlif ölkələrindən olan turizm sənayesi mütəxəssislərini bir araya gətirən tədbir intensiv şəbəkələşmə və bilik mübadiləsi imkanı yaradıb.
Görüşdə iştirakın məqsədi beynəlxalq tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıq üçün yeni imkanların araşdırılması olub.
Tədbir çərçivəsində interaktiv təlim sessiyaları və ən son bazar tendensiyaları üzrə müzakirələr təşkil olunub.