Azərbaycan Turizm Bürosunun (ATB) iştirakı ilə 2024-cü ilin 16 oktyabr tarixində Hindistanın Mumbay şəhərində keçirilən WeddingSutra İnflunser Mükafatlandırma tədbirində Azərbaycanın toy turizmi imkanları tanıdılıb. Bir günlük tədbir qlobal toy və lüks tədbir sənayəsinin seçilən peşəkarlarını bir araya gətirib.
Azərbaycan Turizm Bürosu ilə yanaşı, tədbirdə ölkəmizi Azərbaycan Hava Yolları (AZAL), “Şahdağ” Turizm Mərkəzi, “Dreamland” Qolf Klubu, “Sea Breeze Resort” və Abşeron Hotel Qrupun nümayəndələri təmsil ediblər.
Azərbaycanın Hindistan bazarı üçün toy turizmi destinasiyası kimi tanıdılması və qlobal tərəfdaşlıq əlaqələrinin genişlənməsi məqsədilə tədbirdə Azərbaycan haqqında təqdimat nümayiş etdirilib və müxtəlif turizm məhsulları haqqında məlumat verili