Azərbaycan Turizm Bürosu tərəfindən 22-29 avqust 2024-cü il tarixlərində Müstəqil Dövlətlər Birliyin (MBD) bir necə şəhərlərində Azərbaycan turizminə həsr edilmiş yol şousu təşkil edilib. Yol şousu tədbirləri Daşkənd (22 avqust), Astana (23 avqust), Moskva (26 avqust), Sankt-Peterburq (28 avqust) və Minsk (29 avqust) şəhərlərində keçiriləcəkdir.
Yol şousunda, ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə, “Şahdağ” Turizm Mərkəzi və “Dreamland” daxil olmaqla, ümumilikdə 14 yerli tərəfdaş təmsil edir. Tədbirlər çərçivəsində B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir. İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədi ilə keçirilən görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub. Bundan əlavə iştirakçilar Azərbaycanda mövcüd olan sağlamlıq turizm obyektlərti və müalicəvi kurortlar, dağ-xizək mərkəzləri, eləcə də ölkəmizdəki mövcud olan digər turizm məhsulları haqqında ətraflı məlumat verilir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxstan, Rusiya və Belarusiyadan ümumilikdə Azərbaycana 527 785 nəfər səfər edib ki, bu da ötən illə (439 372 nəfər) müqayisədə 20%-dan çox artımdır. Bu səfərdən gözlənilən nəticə, MBD ölkələri və Azərbaycan arasında turizm axınının əlaqələndirilməsi və ticarət tərəfdaşlarının artırılmasıdır.