25 və 26 iyul tarixlərində Hindistanın Caypur şəhərində keçirilən 11-ci “MILT Congress 2024” kongresində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.
Tədbirdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “bürünc tərəfdaş” statusunda təmsil edir. Konqres ərzində keçirilən B2B görüşlərdə, işgüzar tədbirlərin keçirilməsi üçün mövcud infrastruktur və bütövlükdə turizm potensialı haqqında məlumat veriləcək. Bu göruşlərdə Hindistanın aparıcı işgüzar turizm mütəxəssisləri, tədbir agentlikləri və toy planlaşdırıcıları ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparmağına şərayət yaradılıb.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun dövründə əsas hədəf turizm bazarlarından biri olan Hindistandan Azərbaycana səfər edənlərin sayı 117 985 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 artımdır.