Azərbaycan Turizm Bürosu 11-14 iyun tarixlərində Dnata şirkətinin təşkil etdiyi "Ahlan Arabia" yol şousu adlı silsilə tədbirlərdə iştirak edir. Silsilə tədbirlər 11 iyun Küveyt, 12 iyun Doha və 13-14 iyun Dubay şəhərlərində keçiriləcəkdir.
Tədbirlər çərçivəsində 70-ə yaxın B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədi ilə keçirilən görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, əsasən yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub. Bundan əlavə iştirakçilar Azərbaycanda mövcüd olan sağlamlıq turizm obyektlərti və müalicəvi kurortlar, glamping və hiking, gastronomiya kimi turizm məhsulları ilə maraqlanmış və onlara bu haqda məlumat verilmişdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Körfəz ölkələrindən Azərbaycana 64 138 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 44%-dən çox artımdır.