27-28 mart 2024-cü il tarixlərində Aşqabad şəhərində turizmin inkişafı, əsas istiqamətləri və imkanlarına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Konfransda Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən dünyanın turizm təşkilatları arasında beynəlxalq əməkdaşlığın inkişafında bu konfransın mühümlüyü haqqında təbrik məktubu səsləndirilib.
Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədr müavini Cavanşir Bayramov Azərbaycan və Türkmənistan arasında turizm əlaqələrinin güclənməsini və ölkədə turizmin inkişafını öz çıxışında vurğulayaraq, ölkəni təmsil edib. Çıxış zamanı Türkmənistandan Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq artım olduğunu və 2019-cu ilin yanvar ayı ilə müqayisədə 14% artımın olduğunu qeyd edib ki, bu da ölkələr arasında qarşılıqlı marağın və dostluğun möhkəmlənməsindən xəbər verir.
Çıxışda həmçinin Azərbaycanın memarlıq irsi və bio müxtəlifliyi də daxil olmaqla qlobal turizm bazarına təsiri haqqında məlumat verilib.