• azerbaijan.travel
  • sta.gov.az
  • press&media
  • meetinazerbaijan
  • Azerbaijan 101
  • Training Center
  • tourismboard.az
    sta.gov.az azerbaijan.travel press&media meetinazerbaijan Azerbaijan 101
  • Azərbaycanca
    English Azərbaycanca
  • haqqımızda
    strategiya struktur regional ofislər
  • Azərbaycan destinasiyası
    brend haqqında nəşrlər statistika və araşdırmalar
  • beynəlxalq bazarlar
  • işgüzar tədbirlər
    Azərbaycan Konqreslər Bürosu tərəfdaşlar AzKB-nin səfirlər proqramı
  • COVID-19 səyahət tövsiyələri

Azərbaycan Konqreslər Bürosunun

Səfirlər proqramı

Azerbaijan Tourism Board

Please select your language of preference.

Səfirlər proqramı nədir?

2019-cu ildə Azərbaycan Konqreslər Bürosunun (AKB) təşəbbüsü ilə yaradılmış layihənin məqsədi ölkənin gələcək konfranslar üçün destinasiya seçilməsinə təsir göstərə biləcək, beynəlxalq assosiasiyalara üzv olan azərbaycanlı alimlər, həkimlər və digər sahələr üzrə ekspertlər, eləcə də beynəlxalq şirkətlərin Azərbaycandakı filiallarının yüksək səviyyəli nümayəndələrinin dəstəklənməsidir.

Səfirlər proqramı işgüzar tədbirlərin cəlb edilməsi işində destinasiya səfirlərinə kömək məqsədilə Azərbaycan Konqreslər Bürosu tərəfindən tərtib edilmiş fəaliyyətlər, vasitələr və dəstək xidmətləri toplusudur.

AKB komandası tədbirə ev sahibliyi üçün müraciət prosesi, tədbirin planlaşdırılması və təbliği  mərhələlərində destinasiya səfirlərinə hərtərəfli dəstək göstərir.

Səfirlər proqramının məqsədlərinə aşağıdakılar daxildir:

  • İşgüzar tədbirlər sənayesində ölkənin rəqabət qabiliyyətinin artırılması;
  • Azərbaycanda işgüzar tədbirlərin keçirilməsi potensialının yüksəldilməsi;
  • Destinasiya səfirlərinin işgüzar tədbirlər sənayesinə, eləcə də Azərbaycan Respublikasının təmsil edilməsinə verdikləri töhfələrin tanınması və qiymətləndirilməsi;
  • Yerli iqtisadiyyatın vacib sektorlarının təşviq edilməsi.

Səfirlər proqramına kimlər qoşula bilər?

İşgüzar tədbirlər kontekstində səfir öz sahəsində nüfuza malik olan və destinasiyanın təmsilçisi kimi çıxış edə biləcək bilikli şəxslərə deyilir. Həmin şəxslər eyni zamanda işgüzar tədbirlərin cəlb edilməsi üçün yerli və beynəlxalq peşəkarlarla əməkdaşlıq etməyə də hazır olmalıdırlar.

Müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq assosiasiya və təşkilatların yerli üzvləri ölkənin işgüzar tədbirlərə ev sahibliyi üzrə namizədliyini irəli sürmək üçün seçilə bilərlər.

Həm dövlət, həm də özəl sektorda müxtəlif sahələr üzrə fəaliyyət göstərən və Azərbaycanı beynəlxalq səviyyədə təmsil edə biləcək şəxslər səfirlər proqramına qoşula bilərlər. Ölkənin işgüzar tədbirlər sənayesi üzrə fəaliyyətlərində iştirak edən destinasiya səfirləri beynəlxalq ictimaiyyətdə bu sahə üzrə ölkə xeyrinə qərarlar verilməsinə təsir göstərə bilərlər.

Səfirlər proqramının faydalarına daxildir:

  • Həmkarlarınız arasında yerli və beynəlxalq səviyyədə tanınma və nüfuzunuzun artması;
  • Yerli assosiasiya şəbəkəsinin genişləndirilməsi;
  • Azərbaycan Respublikasında qazanılan nəticələri öz sahənizdəki həmkarlarınızla bölüşmək imkanı;
  • Daha geniş ictimaiyyət, təşkilatlar və dövlət orqanları arasında tanınma;
  • Fəaliyyət göstərdiyiniz sahə üzrə reputasiyanın artırılması;
  • Ən yeni texnologiyalara və intellektual kapitala çıxış;
  • Regionda xarici sərmayə cəlb etmək şansı;
  • Azərbaycanın akademik, elmi və biznes nüfuzunun möhkəmləndirilməsi.

Səfir olmaq istəyirsinizsə, buraya daxil olaraq bizimlə əlaqə saxlayın!

  • Haqqımızda
  • strategiya
  • karyera
  • tədbirlər
  • tenderlər
  • Azərbaycan destinasiyası
  • nəşrlər
  • brend haqqında
  • statistika və araşdırmalar
  • beynəlxalq bazarlar
  • İşgüzar tədbirlər
  • Azərbaycan Konqreslər Bürosu
  • tərəfdaşlar
  • AzKB-nin səfirlər proqramı

© Bütün hüquqlar qorunur 2020. Azərbaycan Turizm Bürosu.

bizimlə
əlaqə qurun

[email protected]

əlaqə saxlayın



Azərbaycan Turizm Bürosu
Nizami küçəsi 96E, Landmark I
AZ1010, Bakı, Azərbaycan.