Azərbaycan Turizm Bürosu və Abşeron Otel Qrup, 29 fevral - 3 mart tarixlərində Türkiyənin 13 turizm sənayesi nümayəndəsi üçün Bakıya “İşgüzar turizm tanıtım səfəri” təşkil edib.
Tanıtım səfərində iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye üzvlərinin sayını artırmaqdır.
Tanıtım səfəri çərçivəsində 1 mart tarixində Türkiyə turizm sənayesi nümayəndələri ilə B2B formatda görüşlər keçirilib. Görüşlərdə 30-a yaxın yerli turizm sənayesi nümayəndələri iştirak edib.
Bundan əlavə, tanıtım səfəri iştirakçılarına Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi nümayiş olunub.
Tanıtım səfəri çərçivəsində Türkiyə turizm sənayesi nümayəndələri, İçərişəhər və Atəşgah Məbədi kimi turistik yerləri ziyarət ediblər.