bizim təlimçilərimiz

Elgün Bayramov

Elgün Bayramov, Qərb Universitetinin Turizm və Hotelçilik fakültəsinin məzunudur. O, Türkiyənin "Lykia World Oludeniz Resort" hotelində Qonaq Qarşılama və Uşaq Əyləncəsi şöbələrində 3 illik təcrübəyə sahibdir. Onun əvvəlki iş yerləri "Four Seasons Baku", "Hilton Baku", "Qazqaz Hotels" kimi hotelləri əhatə edir. Elgün müəllim hoteldə təlimçi kimi 7 illik və  turizm sənayesində cəmi 17 illik təcrübəyə malikdir. 

Namiq Məmmədov

Namiq Məmmədov 1983-cü ildə Azərbaycanda anadan olub. O, Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Turizm sənayesində ilk dəfə 2003-cü ildə "Hyatt Regency Baku" hotelində bellboy vəzifəsindən başlayıb. Karyerası boyunca "Hyatt Regency", "Park İnn by Radisson" və "Boulevard Hotel Baku Autograph Collection" hotellərində qeydiyyatçı, Qeydiyyat üzrə Qrup rəhbəri, Servis meneceri və s. vəzifələrdə çalışıb. Hal-hazırda "Boulevard Hotel Baku Autograph Collection" hotelində Qeydiyyat Şöbəsinin müdiri vəzifəsində çalışır. 

Bəhruz Əsədov

Bəhruz Əsədov 1989-cu ildə Azərbaycanda anadan olub. O, Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Hotelçilik və Turizm Menecmenti fakültəsini bitirib. 2012-ci ildən bəri Bəhruz müəllim qonaqpərvərlik sənayesində çalışır. Yerli təcrübədən savayı, xarici təcrübəyə malik olan Bəhruz Əsədov " Ritz Carlton Abu Dhabi Grand Canal" hotelində də çalışıb. Hal- hazırda o, "Boulevard Hotel Baku Autograph Collection" hotelində Qonaqların Qəbulu üzrə Rəis Müavini vəzifəsində çalışır. 

Kamil Xanəliyev

Kamil Xanəliyev 1986-ci ildə Azərbaycanda anadan olub. O, Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Meneceri-Produser fakültəsini bitirib. Hotelçilik sənayesində karyerasına 2005-ci ildə başlayıb. Bu illər ərzində Kamil müəllim "Hyatt Regency Hotel Baku", "Holiday Inn Baku Airport", "Park Inn by Radisson Baku", "Hilton Hotel Baku" və "Boulevard Hotel Baku Autograph Collection" kimi hotellərdə çalışıb.  Hal-hazırda o, "Boulevard Hotel Baku Autograph Collection" hotelində Banketlər üzrə Menecer vəzifəsində çalışır. 

Ehtiram Əsədov

Ehtiram Əsədov 1988-ci ildə Azərbaycan anadan olub. O, Azərbaycan Beynəlxalq Universitetinin Maliyyə Kredit fakültəsini bitirib. Hotelçilik sənayesindəki karyerasına "Hilton Hotel Baku", "Shahdag Hotel & Spa" və " Boulevard Hotel Autograph Collection" kimi hotellər daxildir. Hal-hazırda o, "Boulevard Hotel Baku Autograph Collection" hotelində Restoran Menecerinin Müavini vəzifəsində çalışır.  

Murad Cabbarov

Murad Cabbarov 1989-cu ildə Azərbaycan anadan olub. O, Baki Neft Energetika Kollecinin Gömrük işinin təşkili fakültəsini bitirib. Hotelçilik sənayesində karyerasına 2012-ci ildə "Park İnn by Radisson Hotel Baku" otelində başlayıb. Bir il sonra Təmizlik Şöbəsinin Nəzarətçisi vəzifəsinə yüksəlib.  Murad müəllim 2014-2018ci illər ərzində hotelçilik sənayesindəki işinə bir müddət ara verərək Crystal Motorr şirkətində Servis Məsləhətçisi vəzifəsində çalışıb.  Lakin 2018-ci ildə hotelçilik sənayesinə yenidən qayıdıb və hal- hazırda "Boulevard Hotel Autograph Collection" hotelində Təmizlik Şöbəsinin Koordinatoru vəzifəsində çalışır. 

Rəşad Muradov

Rəşad Muradov Bakı Dövlət Universitetinin Turizm və Hotelçilik fakültəsini bitirib. O, hotelçilik sənayesində 8 ildən çöx təcrübəyə malikdir. Rəşad müəllimin karyerasına "Jumeirah Group Hotels", "Four Seasons Hotel"," Holidays İnn Hotel" kimi hotellər daxildir. Hal-hazırda o, "Boulevard Hotel Baku Autograph Collection"  hotelində Təmizlik Şöbəsinin Koordinatoru vəzifəsində çalışır.

Emin Novruzov

Emin Novruzov yerli və beynəlxalq qonaqpərvərlik sənayesində 20 ildən çox təcrübəyə malikdir. Onun iş təcrübəsinə Bakıda yerləşən "Hyatt Regency Hotel", "Jumairah Beach Hotel", "Sea Breeze Resort" və Pxuket adasında yerləşən "Grand West Sand Resort and Villas Phuket" hotelləri daxildir. Bundan başqa, Emin müəllim bir sıra restoranlarda da fəliyyət göstərib. Bu restoranlara, Bakıda yeləşən "Zafferano", Moskvadakı "Edoko" restoranı və Londonun "CIPRIANI"  restoranları daxildir. Emin Novruzov eyni zamanda bir neçə yerli və beynəxlalq tədbirlərin təşkili təcrübəsinə də malikdir. O, həmçinin  bir sıra yemək və içki proqramlarının Azərbaycan dilində müəllifidir. Onun təlimlərində, adətən, 100-dən çox iştirakçı iştirak edir. Emin Novruzov AHLEI- Hotel Menecmenti, Jumeirah Təlim Kursları (2012-2016) və Harvard İdarəetmə Mentoru (1999-2009) təlimlərini uğurla başa vurmuşdur.

Bizimlə əlaqə