LTM Moscow Spring 2025
MDB ölkələriMoscow
Moscow
LTM Moscow Spring 2025, 27-28 fevral tarixlərinə Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək tədbirə qeydiyyatın başlandığını elan edirik.
LTM (Luxury Travel Mart) lüks səyahət seqmentində 1 nömrəli tədbirdir. MDB bazarlarında yeni əlaqələr qurmaq və qurulmuş əlaqələri gücləndirmək istəyən lüks məhsullar təklif edən şirkətlər üçün B2B tədbirdir. Luxury Travel Mart-a qatılan şirkətlər arasında beşulduzlu otellər, elit avtomobil icarəsi, kruiz və yaxta kirayəsi şirkətləri, şəxsi təyyarə operatorları, DMC və lüks operatorlar yer alır.
Bu B2B tədbir əvvəlcədən planlaşdırılan görüşlərlə keçirilir, cədvəl proqram və ya veb sistemi vasitəsilə iştirakçı tərəfindən əvvəlcədən hazırlanır. 1-ci gün sərgi iştirakçıları regional alıcılarla, 2-ci gün regionlardan və Moskvadan olan alıcılar sərgi iştirakçılarının masaları arasında hərəkət edirlər.
Sizləri Azərbaycan Turizm Bürosu ilə birgə Luxury Travel Mart-ın əsas tərəfdaşı kimi iştirak etməyə dəvət edirik!
İştirak haqqı: 5500 AVRO (2 iştirakçı nümayəndəsi üçün masa, kofe-breyk, 2-ci gün qala şam yeməyi daxildir)
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.
Qeydiyyatdan keçmək sizin iştirakınızın təsdiqi deyil. Son qeydiyyat tarixi bitdikdən sonra şirkətlərin qiymətləndirilməsi baş tutacaqdır və daha sonra seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcəkdir.
Son qeydiyyat tarixi: 15 yanvar, 2025-ci il
Qeydiyyat linki: https://www.moscow.luxurytravelmart.com/registr/
Əlavə məlumat üçün:
[email protected]