KITF 2025
MDB ölkələriQazaxıstan, Alma-Atı
Qazaxıstan, Alma-Atı
23-25 aprel tarixlərinə Qazaxıstanın Alma-Atı şəhərində keçiriləcək KITF 2025 sərgisinə qeydiyyatın başlandığını elan edirik.
Qazaxıstan Beynəlxalq Sərgisi (KITF) bütövlükdə Mərkəzi Asiya Regionunun turizm sənayesi üçün genişmiqyaslı peşəkar bir platforma kimi fəaliyyət göstərir və Qazaxıstanın turizm sektorunun ən vacib tədbirlərindən biri hesab olunur.
KITF müsbət inkişaflar və ardıcıl böyümə dinamikası nümayiş etdirir, bu da turizm xidmətləri bazarının ümumi vəziyyətinin əhəmiyyətli bir göstəricisidir. 19 ildən artıq müddətdə bu sərgiyə dünyanın 63 ölkəsindən şirkətlər və təşkilatlar qatılıb. Məhz burada beynəlxalq və yerli şirkətlər bazarın tələblərini və müştərilərin əsas üstünlüklərini qiymətləndirir, rəqiblərini tanıyır, yeni effektiv biznes alətləri tapır və gələcək inkişafları üçün strategiyalarını müəyyən edirlər.
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.
Qeydiyyatdan keçmək sizin iştirakınız təsdiqi deyil. Son qeydiyyat tarixi bitdikdən sonra şirkətlərin qiymətləndirilməsi baş tutacaqdır və daha sonra seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcəkdir.
Son qeydiyyat tarixi: 10 mart, 2025-ci il
Əlavə məlumat üçün:
[email protected]