Azərbaycan Turizm Bürosu tərəfindən Yaxın Şərqin Ər-Riyad, Mədinə, Ciddə və Damamm şəhərlərində Azərbaycan turizminə həsr edilmiş yol şousu təşkil ediləcəkdir.
Tədbirlərin məqsədi:
· Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
· Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Yaxın Şərqin turizm tərəfdaşlarına təqdim edilməsi
· Azərbaycan ilə Yaxın Şərqin turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Tədbirlərin tarixləri:
15 sentyabr 2024 Ciddə şəhərində
16 sentyabr 2024 Mədinə şəhərində
18 sentyabr 2024 Dammam şəhərində
19 sentyabr 2024 Ər-Riyad şəhərində
Əlavə məlumat üçün: [email protected] [email protected]
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.
Qeydiyyatdan keçmək sizin iştirakınızın təsdiqi deyil. İştirakınız qeydiyyat bitdikdən sonra bir daha təsdiq edildikdən sonra qeydə alınacaqdır. Tədbirlərin məkanları və ətraflı proqram iştirakını təsdiq etmiş şirkətlərə e-mail vasitəsi ilə göndəriləcək.
Son qeydiyyat tarixi: 7 avqust 2024-cü il